Gəncədə özbək şairlərlə görüş
Tarix: 15.05.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Gəncədə şəhər icra hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairləri Dilbar Xaydarova və Xosiyat Bobomurodova ilə görüş keçirilib.
AYB-nin Gəncə bölməsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə bölmənin sədri Xəzangül Hüseynova qonaqları salamlayaraq Özbəkistan-Azərbaycan ədəbi əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, azərbaycanlı şair Maqsud Şeyxzadə öz taleyini qardaş xalqın taleyi ilə bağlayıb, Özbəkistanın Xalq Şairi fəxri adına layiq görülüb. Həmçinin vurğulayıb ki, Səməd Vurğun ilə Qafur Qulamın dostluğu bu gündə onların xələfləri tərəfindən uğurla davam etdirilir. Elə bu görüş də deyilənlərin əyani təzahürüdür.
Sonra çıxış edən Dilbar Xaydarova və Xosiyat Bobomurodova tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanın bugünkü uğurlu inkişafına heyran qaldıqlarını deyərək, yeni şeirlərini söyləyiblər.
Şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli türk dünyası ədəbiyyatının qarşılıqlı əlaqələrindən, Nizami yaracılığından təsirlənərək “Xəmsə” yaratmış Əlişir Nəvainin həyatı və Qazax akını Abayın Azərbaycanla bağlı olduğu barədə məlumat verib.
İnqilab İsaq, Ələsgər Əlioğlu, İmam Cəmilli, Saleh Qurbanov, Zahir Şirani, Ramiz Təmkin, Cahandar Aybər, Aydan Əsgərova, İlkanə Həsənova, Aləmzər Əlizadə və digər şair və yazıçılar qonaqlara arzularını çatdırıb və yeni şeirlərini oxuyublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info