Elmar Qasımov 700 bal toplayan abituriyentlərlə görüşüb
Tarix: 15.05.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış dörd abituriyent görüşüb. Səbael rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, 220 nömrəli tam orta məktəbin məzunu Xəlidə Əliyeva və İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin məzunu Vahab Cəbrayılov BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəklər.
Görüşdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
700 bal topladığına görə onları təbrik edən rektor vurğulayıb ki, Azərbaycanda bilikli gənclər məhz Bakı Ali Neft Məktəbini seçir. Bildirilib ki, yüksək bal toplamış tələbələr gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar. Görüş zamanı qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlər gələcəkdə ölkəmizin inkişafı üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Gənclərin valideynləri Məhəbbət Əsədov, Aytən Baxışova, Günay Cəbrayılova və Aygün Tağıyeva səmimi qəbula və təbrikə görə BANM-in rektoruna minnətdarlığını bildiriblər.
Qeyd edək ki, I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplamış beş abituriyentin dördü BANM-i seçirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info