Azərbaycanlı alimdən Almaniya elminə töhfə
Tarix: 15.05.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Almaniyanın Braunşvayq Texniki Universitetində çalışan həmyerlimiz Pərviz Əmiraslanov süni intellekt metodunu rəhbərlik etdiyi elmi şöbədə tətbiq etməklə praktiki şəkildə yeni fəaliyyət xəttinə keçməyi bacarıb. Azərbaycan əsilli dahi alim Lütfi Zadənin dünya elminə bağışladığı nəzəriyyəni şöbəsində tətbiq edəcək alim fikirlərini bu cür əsaslandırıb:
"Süni İntellekt" rəqəmsal şəbəkə olaraq son dövrdə müasir texnologiyalara ciddi diffuziya etməkdədir. Hal-hazırda alimləri, beyin mərkəzlərini də qorxudan bu "süni intellekt" bizdən də yan keçmir. “Kompüter pioneri” sayılan məşhur riyaziyyatçı Alan Turingin 1950-ci illərdəki eksperimentləri və nəzəriyyəsi indi  onu göstərir ki, biz artıq bu işə praktiki olaraq başlamalıyıq. “Tamagotchi”dən tutmuş robotlara, “SmartPhone”, “Google” yaratdığı müxtəlif adlarda yardımçı sistemlərə, Amazon-Alexə qədər hamısı bu metodlarla işləyir. Fuzzy Logic yaradıcısı Prof. Zadə (Lütfi Zadə) Neuronal şəbəkələrin istifadəsini də boşuna elmimizə hədiyyə etmədi.
Hazırda illərdir arzuladığım sahəni rəhbərlik etdiyim elmi şöbəmizdə ciddi elmi müzakirələrdən sonra kiçik bir qrup halında eksperimental olaraq inkişaf etdirməyə icazə aldım. Bu mənə rahat başa gəlmədi. Öncə büdcə vermədilər, iqtisadi böhran olacağından qorxdular və s. digər əngəllərlə üzləşdim. Sonunda şöbəmiz axır ki, bu sahədə praktiki işə başlayacaq. Nəzəriyyə ilə məşğul idik; bir neçə riyazi model və proqramımız var. Amma konkret olaraq tətbiq yox idi, yəni büdcəmiz çatmırdı. Allaha şükürlər olsun, bu işə də start verdik.
Gələcəyimiz belə texnologiyalardan keçir. Yaponiya hələ ki, yenə öndə gedir, onlara çata bilmirik Almaniya olaraq. Nə qədər qabaqlamağa çalışsaq da, hələ ki, nail ola bilməmişik”.
Qeyd edək ki,  Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də  Tovuz rayonunun Sarıtala kəndində anadan olub. Qovlar qəsəbəsindəki 98 nömrəli  Orta Texniki Peşə Məktəbinə daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub.
Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək  fəaliyyətinə başlayıb. 1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. "Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik vəsaitin (1997)  və Azərbaycan dilində ilk dəfə olaraq "Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın (1998) müəllifidir.
1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində  "Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi" mövzusunda dissertasiya  müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info