Gənclərin hərtərəfli inkişafında maarifləndirmə işinin böyük rolu var
Tarix: 15.05.2017 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Pedaqoji Kollecdə “Narkomaniyaya “Yox!” deyək” devizi altında tədbir keçirilib. Tədbirdə kollecin və fondun əməkdaşları, tələbələr iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, kollec direktorunun müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi maraqla qarşılanıb.
Sonra rejissor Fariz Əhmədovun narkomaniyanın fəsadlarını əks etdirən qısametrajli “Mayak” filmi nümayiş olunub.
F.Əhmədov və D.Mahmudova tələbələrin suallarını cavablandırıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
16.01.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info