KXDR yeni raket sınaqları keçirəcək
Tarix: 16.05.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Şimali Koreya lideri Kim Çen In raket sənayesinin alimlərinə və mütəxəssislərinə “yeni sınaqlara hazırlaşmaq” barədə
göstəriş verib.

TASS informasiya agentliyi xəbər verir ki, Kİm Çen In orta mənzilli “Hvanson-12” ballistik raketinin sınağından sonra bildirib. “Birləşmiş Ştatlar və onların vassalları düzgün seçim edənədək daha dəqiq nüvə qurğuları və zərbə vasitələri hazırlamaq, həmçinin yeni sınaqlara hazırlaşmaq lazımdır”, - deyə KXDR-i güclü hərbi potensiala malik nüvə dövləti adlandıran Kim Çen In qeyd edib. O, həmçinin “ABŞ-ın hərbi təxribata əl atacağı təqdirdə Pxenyanın cavab addımı atmağa hazır olduğunu da vurğulayıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri KXDR-ə nüvə silahı hazırlamaqla bağlı bütün fəaliyyətləri qadağan edir. Pxenyan isə Vaşinqtonun düşmənçilik siyasəti fonunda ölkənin müdafiə qabiliyyətini artırmağa haqqı olduğunu iddia edərək bu sənədləri qəbul etmir. ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heylinin fikrincə, KXDR-də növbəti raket sınağı Pxenyanın Koreya Respublikasının yeni Prezidenti Mun Ce-inə ünvanladığı siqnaldır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info