“Bakı-Tbilisi-Qars dəmir yolu yaxın bir neçə ayda fəaliyyətə başlayacaq”
Tarix: 16.05.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq”. Anadolu Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib. O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir. Çin Xalq Respublikasının Sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşmək üçün dünən Pekindən Vaşinqtona gedib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info