Çin Gürcüstanda bank açır
Tarix: 16.05.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Bir kəmər - bir yol" strategiyası çərçivəsində keçirilən forumda Gürcüstanın inkişafı üçün bankın yaradılmasını nəzərdə tutan bəyannamənin rəsmi imzalanma mərasimi keçirilib. "Apsny.ge" saytı xəbər verir ki, bankın əsas sərmayəsi 1 milyard ABŞ dolları, yığım kapitalı isə 300 milyon dollar təşkil edəcək. Bankın səhmdarları Çinin ən böyük "China Energy Company Ltd." (CEFC) və "Eurasian Invest LLC." şirkətləri olacaq. Gürcüstan tərəfindən sənədi Baş nazirin müavini, maliyyə naziri Dimitri Kumsişvili imzalayıb. Sənədə əsasən, hər iki Çin şirkəti Gürcüstanda yeni kommersiya bankı yaratmağı öhdələrinə götürüb. D.Kumsişvilinin sözlərinə görə, CEFC və "Eurasian Invest LLC"in nümayəndələri bütün rəsmi prosedurların icrasına başlamaq üçün artıq Gürcüstan Milli Bankına müraciət edib. Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən 2013-cü ildə irəli sürülən "Bir kəmər - bir yol" layihəsinə artıq 50 milyard dollar vəsait yatırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info