VHP siyasi şurasının bəyanatı qərəzlidir
Tarix: 23.04.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Təxribat cəhdlərini önləməklə dövlətimiz təkcə özü üçün və vətəndaşlarının təhlükəzsiliyinin təminatı ilə deyil, həm də Azərbaycan gəncliyini zərərli təsirlərdən qorumaqla qayğılanır”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü Tərlan Səfərov Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi hadisələrlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. T.Səfərovun sözlərinə görə, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. Ölkədə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, siyasi partiyaların fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb: "Ancaq bu da bir gerçəklikdir ki, dövlətin üçüncü sektoru tərəfdaş kimi tanımasını və əməkdaşlığı sabitləşdirmək, daimiləşdirmək niyyətini hərə bir cür dəyərləndirir. Bu nöqteyi-nəzərdən Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son hadisələrlə bağlı yaydığı bəyanat birmənalı olaraq qərəzlidir. VHP-nın bu bəyanatı 2013-cü il prezident seçkiləri ərəfəsində siyasi devidentlər əldə etmək istəyənlərin təzahürüdür. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının bəyanatında hakimiyyət tərəfindən ictimai nəzarətin gücləndirilməsi, demokratik təsisatlara qarşı aparılan siyasət kimi qiymətləndirilir. VHP nəzərə almalıdır ki, bu ictimai nəzarət dövlət vətəndaşlarının təhlükəsizliyini qorumaq üçündür. Bəyanat müəllifləri təkcə son aylarda baş verənləri deyil, son illərin hadisələrini yada salsalar yaxşı olar: Azərbaycan hakimiyyətinin atdığı addımlar sayəsində Azərbaycanın beynəlxalq imici daha da yüksəlib, dünyanın, ölkəmizə marağı artıb. Beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi və mədəni tədbirlərin keçirilməsi üçün ölkəmizin paytaxtı Bakının və digər şəhərlərimizin məkan seçilməsi bu müsbət tendensiyanın açıq-aşkar təsdiqidir. Azərbaycan rəhbərliyinin ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması naminə gördüyü işləri VHP bir dəfə də olsun təsdiq edibmi? Yox! Ona görə ki, VHP və onun kimi radikal mövqedə dayanan digər müxalifət partiyaları baş verən hadisələri ədalətlə deyil, öz şəxsi maraqları və qrup mənafeləri prizmasından baxmaqla qiymətləndirilər”. Tərlan Səfərov həmçinin VHP Siyasi Şurasının məlum bəyanatı tərəqqipərvər Azərbaycan gəncliyinin də mənafeyinə zidd olduğu qənaətindədir: “Bəyanatda “NİDA”, AXCP üzvü olan gənclərin həbsindən də söz açılıb. Guya onların istintaqının şəffaf aparılmadığı iddia olunur. Halbuki, təxribat cəhdlərini önləməklə dövlətimiz təkcə öz təhlükəsizliyini, insanların həyatının təhlükəsizliyini deyil, həm də Azərbaycan gəncliyini zərərli təsirlərdən qorumaqqa calışır. Bu gün Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq aləmdə pislənməsi, sərvətlərimizin ölkənin tərəqqisi naminə istifadə edilməsi üçün yorulmadan çalışır. Xalqın gələcəyi olan gənclərin müasir sivilizasiya pərdəsi altında gələcək yad təsirlərdən çəkinməsi üçün səylərini də əsirgəmir. Müşahidə olunur ki, VHP Siyasi Şurasının məlum bəyanatı Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq bəyənilmir. Bu hətta bəyanat müəlliflərinə ümid etdikləri siyasi devidentləri də qazandırmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info