“Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək”
Tarix: 16.05.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib.
APA-nın xəbərinə görə, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib. ÜAK bu qərardan bir ay ərzində apelyasiya şikayəti verə bilər. ÜAK-ın prezidenti Fazil Qurbanov da APA-ya açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib. Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında iddia qaldırması Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb. Müxtəlif ekspertlər, QHT-lər tərəfindən səslənən fikirlərdə ifadə olunur ki, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə sala bilər. Millət vəkili Elman Nəsirov dünən bu məsələ ilə bağlı “Trend”ə açıqlamasında qeyd etmişdi ki, , Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini korlamaqdır: “ÜAK hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına tövhə verib, iki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafına yardım edib” Belə görünür ki, Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirməkdir. Bu, eyni zamanda, Rusiya kimi böyük dövlətə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı azaldır. Bu addımlar Azərbaycan ictimiayyətini ciddi narahat edir. Onu da qeyd edək ki, sıralarında 120 mindən çox Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması da bəyanat yayaraq bildirmişdi ki, Rusiyadakı müəyyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması üçün öz cəhdlərini dayandırmırlar: “Heç bir şübhə doğurmur ki, öz həmvətənlərimizə qarşı bu cür münasibət Azərbaycan və Rusiya arasında, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək göstərmir. Biz ölkələrimiz arasında münasibətlərin inkişaf etməsindən məmnunuq. Bunun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, bir-birinin maraqlarına hörmət dayanır və imkan vermək olmaz ki, bədxah qüvvələrin fəaliyyəti xalqlarımız arasındakı möhkəm əlaqələri pozsun”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info