TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində Ağdaşda tədbir keçirib
Tarix: 16.05.2017 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, Ağdaş rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdaş şəhərində “Azərbaycan İslam həmrəyliyinin əsas mərkəzlərindən bir kimi: sivilizasiyalararası münasibətlərdə gənclərin rolu” adlı konfrans keçirib. Ağdaş Dövlət Humanitar Kollecində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər.
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. N.Mehdiyev deyib ki, yeniyetmə və gənclər arasında ideoloji maarifçilik işi aparmaqla onları radikal dini təriqətlərin və yad sektaların təsirindən qorumaq mümkündür.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir.
İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirib. Ç.Bayramov deyib ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar. “Hazırda Azərbaycanda mövcud olan model digər İslam cəmiyyətləri üçün parlaq nümunədir. Bu nümunəni təbliğ etməyə ehtiyac var”, -  deyə Ç.Bayramov bildirib.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə diqqət çəkən TUMİB sədri deyib ki, paytaxt Bakının bu cür beynəlxalq turnirlərə evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasından xəbər verir. Natiq qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin dünyanın aparıcı KİV-lərinin əsas xəbərinə çevrilməsi Azərbycanın sivilizasiyalararası münasibətlərdə vacib tərəfdaş kimi çıxış etdiyinin bir daha təsdiqləyir. Son illər Bakıda İslam ölkələrinin iştirakı ilə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan Ç.Bayramov Azərbaycanın İslam dövlətləri arasında mənəvi körpüyə çevrildiyini bildirib.

Ağdaş rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov deyib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün əsrlər boyu dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb. Q.Həsənov analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.
TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə deyib ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşılıb. Natiq ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Jurnalist qeyd edib ki, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Natiq bunu Azərbaycan cəmiyyətinin tolerant düşüncəyə malik olması ilə izah edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info