“Beynəlxalq hüququn kobud şəkildə pozulması silahlanma yarışını sürətləndirir”
Tarix: 16.05.2017 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Putin: “Başqa dövlətlərin ərazisinə zorla daxil olma, rejimlərin güc yolu ilə devrilməsi kimi hallara qarşı beynəlxalq təminat sistemini möhkəmləndirmək lazımdır”

Çində keçirilən “Bir kəmər, bir yol” tədbirində iştirak edən Rusiya dövlət başçısı Vladimir Putin jurnalistlərə bəzi açıqlamalar verib.
Putin müsahibəsində qeyd edib ki, ayrı-ayrı ölkələrdə rejimlərin güc yolu ilə devrilməsi, ölkələrin ərazisinə zorla daxil olma silahlanma yarışını daha da sürətləndirir: “Biz başa düşürük ki, bu gün dünyada baş verən son proseslər, beynəlxalq hüququn kobud şəkildə pozulması, başqa dövlətlərin ərazisinə zorla daxil olma, rejimlərin güc yolu ilə devrilməsi kimi hallar, şübhəsiz ki, silahlanma yarışını artırır. Bununla əlaqədar kompleks şəkildə fəaliyyət göstərmək, beynəlxalq təminat sistemini möhkəmləndirmək lazımdır”. Putinə Şimali Koreyanın son raket sınağı ilə bağlı sual da ünvanlanıb. Xatırladaq ki, Şimali Koreya rəsmi şəkildə elan edib ki, ötən bazar günü ballistik raketin uğurlu sınağını keçirib. Raketin maksimum uçuş hündürlüyü 2111 km olub. Raket Yapon dənizinə düşüb. İlk dəfə 2 min km məsafəsinə çatmaq mümkün olub. Koreyalı ekspertlər qeyd edirlər ki, hündürlüyə uçduğu üçün raket bu qədər məsafə qət edib. Quruda bir nöqtədən başqasına atılarkən raket 4 min km məsafə qət edə bilər ki, bu da Quam adaları və Havay adalarını da əhatə edir. Putin bu məsələ ilə bağlı bildirib ki, Moskva Şimali Koreya da daxil olmaqla nüvə klubuna üzv olan dövlətlərin sayının artmasına qarşıdır: “Biz nüvə klubuna üzv olan dövlətlərin sayının artmasının qəti əleyhinəyik. Eləcə də bunun Koreya yarımadası, Şimali Koreya hesabına artmasının da əleyhinəyik. Bizim mövqeyimiz tərəfdaşlarımıza, dünyaya, eləcə də Şimali Koreyaya da bəllidir. Şimali Koreyanın raket sınağı Rusiya üçün təhdid törətməyib, amma provokasiya təsiri var və bunda yaxşı heç nə yoxdur. Rusiya hesab edir ki, nüvə sınağı keçirilməsi qəbuledilməzdir. Şimali Koreyanı qorxutmaqdan vaz keçmək və dialoqu bərpa etmək lazımdır. Bunu etmək imkanı varmı? Hesab edirəm ki, var. Şimali Koreya öz proqramlarının icrasını dayandıran vaxtlarda çox müsbət təcrübə yaranmışdı. Amma danışıqlarda da iştirak edən tərəflərin sona qədər səbri çatmadı”. Putin müsahibəsində qeyd edib ki, ABŞ-da daxili siyasi mübarizə siyasi və iqtisadi sahədə əsəbi vəziyyət yaradır: “İri aparıcı siyasi və iqtisadi mərkəzlərdə qeyri-müəyyənlik elementlərinin artdığını görürük. Birləşmiş Ştatlarda bu hal davam edir. Biz görürük ki, kəskin daxili siyasi mübarizə təkcə siyasi deyil, iqtisadi sahədə də əsəbi vəziyyət yaradır. Avropa cəmiyyəti də böyük həyəcanla “Breksit”lə bağlı nələrin baş verəcəyini müşahidə edir”. Putin dünyanın 150 ölkəsinin 200 mindən sonra kompüter istifadəçisinə təsir edən kiberhücumla bağlı suala cavabda bildirib ki, Rusiya kütləvi kiberhücumdan o qədər də ziyan çəkməyib: “Bizdə heç bir problem yoxdur. Nə dövlət idarələrimiz, nə bank sektorumuz, nə səhiyyə sahəmiz zərər çəkmədi. Virus-hücumun mənbəyi ilə bağlı “Microsoft” rəhbərliyi açıq şəkildə məlumat yayıb. Onlar açıq şəkildə bildirirlər ki, kiberhücumun ilk mənbəyi ABŞ-ın xüsusi xidmət orqanlarıdır. Bu məsələnin Rusiyaya heç bir dəxli yoxdur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info