“Yeni NATO” yaradılır
Tarix: 16.05.2017 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Almaniyalı nazir: “Avropa İttifaqı nəzdində hərbi planlaşdırma və xarici əməliyyatların idarə mərkəzinin heç bir alternativi yoxdur”

“Avropa İttifaqı nəzdində hərbi planlaşdırma və xarici qeyri-döyüş əməliyyatlarının idarə mərkəzinin yaradılması, əlbəttə ki, zaman məsələsidir. Hazırda isə mən buna heç bir alternativ görmürəm”. Bu sözləri Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixael Rot Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək iclasından əvvəl jurnalistlər üçün təşkil edilmiş brifinqdə bildirib.
"Biz artıq rəhbərlik mərkəzini qurmaq barədə konsensus əldə etmişik. Mən, Avropa İttifaqı ölkələrində yaşayan insanların təhlükəsizlik sahəsində birgə iş çağırışlarına inanıram. Konkret uyğunlaşdırılmış addımlar hər yerdə eşidiləcək. Lakin fərqli şəkildə də olsa, bu, bəzi yerlərdə tez, bəzi yerlərdə isə gec də olsa, baş verəcək. Bu gün biz öz üzərimizə daha çox məsuliyyət götürməliyik. Bir daha vurğulamaq istəyirəm ki, artıq komanda planlaşdırma mərkəzi və xarici əməliyyatlar idarəsi yaradılacaq. Bu, Almaniyada, bizim üçün də mülki böhranın qarşısının alınması üçün uğurlu bir iş kimi vacibdir” -deyə almaniyalı nazir bildirib. Xatırladaq ki, bu ilin martında Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirləri hərbi planlaşdırma mərkəzi və qeyri-döyüş əməliyyatlarının idarə edilməsinin yaradılması barədə razılığa gəliblər. Almaniyanın müdafiə naziri Ursula von der Lyayennin sözlərinə görə, Avropada rəhbərlik mərkəzini yaradan nazirlər onu xarici missiyalar üçün dövriyyəyə buraxırlar. Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də yeni təşkilatın strukturu barədə məlumat verib. Onun sözlərinə görə, Avropa İttifaqının planlaşdırma və qeyri-döyüş əməliyyatları mərkəzinin aparıcı heyəti təxminən 30 nəfərə qədər işçi ilə təmin ediləcək. Mərkəzin yaxın həftələrdə fəaliyyətə başlayacağını bildirən xanım Moqerini bunun üçün üzv ölkələrdən yardım gözlədiklərini də nəzərə çatdırıb. Bir daha xatırladaq ki, yeni yaradılmış struktur ümumi Avropa müdafiə siyasətinin bir hissəsi kimi məsul komanda olacaq və Avropa İttifaqının hərbi qərargahı kimi xarici qeyri-döyüş missiyalarına nəzarəti həyata keçirəcək. Onu da bildirək ki, Avropa İttifaqının hazırkı hərbi qərargahı finlandiyalı general Esa Pulkkinenin rəhbərliyi altında Somali, Mərkəzi Afrika Respublikası və Malidə hərbi missiya həyata keçirməkdədir. Qeyd edək ki, bəzi dairələr yaradılan strukturu “yeni NATO” adlandırırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info