“Yerli” Proqramı çərçivəsində ilk layihə başa çatıb
Tarix: 16.05.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində 2017-ci il üzrə birgə əməkdaşlıq istiqamətində layihələrə start verilib. İlk layihə Milli Şuranın üzvü olan “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə “Gələcəyini bu gün qur!” mövzusunda keçirilib.

“Gələcəyini bu gün qur!” mövzusunda keçirilən layihə Şəmkir rayonunun Sabirkənd kəndində baş tutub. Layihənin məqsədi gənclərə peşə və ixtisas seçimində sərbəstliyin yaradılması və onların seçdiyi ixtisasların perspektivliyinin öncədən öyrədilməsidir. Gənclər təlim zamanı CV və motivasiya məktubların yazılması, ölkəmizdə daha çox tələb olunan ixtisas sahələri üzrə ixtisaslaşma və onun gələcək perspektivləri haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra gənclərə mövzu ətrafında tapşırıqlar verilib və müxtəlif komanda oyunları keçirilib.

“Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Şura tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində layihə müraciətləri davam edir. Müraciətlər www.yerli.nayora.az portalı vasitəsi ilə qəbul olunur daha sonra, proqramın işçi qrupu tərəfindən dəyərləndirildikdən sonra müraciət edən gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq müqaviləsi bağlanılır. Gənclər təşkilatlarının kənd gənclərinin ictimai həyatda təşəbbüskarlığına və iştirakına şərait yaratmaq, onların kənd gəncləri ilə əlaqəsini qurmaq məqsədilə dövlət strukturları tərəfindən maliyyələşdirilməsi təsdiqlənmiş layihə, proqram və sosial şifarişlərinin kəndlərdə davam etdirilməsi birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və Milli Şura tərəfindən lazımı inzibati və texniki dəstək göstəriləcəkdir. Əməkdaşlıq fəaliyyəti 4 mərhələdən ibarət olmaqla müraciətlərin qəbul olunması, birgə əməkdaşlıq fəaliyyətinin dəyərləndirilməsi, əməkdaşlığın həyata keçirilməsi və layihənin hesabatın verilməsidir. Əməkdaşlıq çərçivəsində Milli Şura tərəfindən kənd gəncləri ilə əlaqələrin daha rahat qurulmasına dəstək edilməsi, Poliqrafiya materiallarının hazırlanması, Foto və video çəkilişin təşkil olunması, Fəaliyyətin təşkili xərclərinin qarşılanması və PR dəstəyi təmin olunur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info