“İbrahimbəyova bel bağlamaq, saman çöpündən yapışmaq kimidir”
Tarix: 23.04.2013 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Radikal müxalifət nə günə qalıb ki,
belə adamın dalınca düşməyə məcbur olub”

Radikal müxalifət düşərgəsinin “milli şura” yaratmaqla bağlı artıq 8 aya yaxındır davam edən müzakirəsi sonda iflasa uğradı. Belə ki, müəllifi ssenarist və qeyri-siyasətçi Rüstəm İbrahimbəyov olan “milli şura” ideyası “ictimai palata” və Eldar Namazovun “el” hərəkatının didişmələri üzündən “doğulmadan gömüldü”.
Qeyd edək ki, öncədən də istər müxalifət düşərgəsində təmsil olunan siyasilər, istərsdə də müstəqil ekspertlər “milli şura”nın qeyri-peşəkar və qeyri-sağlam düşüncə tərzinin məhsulu olduğunu bildirirdilər. Qeyd edilirdi ki, bu cür qurumun yaranma prinsipləri də qeyri-müəyyən və mübahisəlidir və orada təmsil olunacaq qüvvələr də bir-birilərinə antoqonistdirlər. Bütün bu barədə söylənilənlər təsdiqini tapmaqdadır və “milli şura”nın vecsizliyi ilə bağlı fikirlərini bildirən müxalifət nümayəndələrinin sayı durmadan artır. Bu barədə fikir bildirənlərdən biri də Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir.

“Milli şura” = sıfır üstəgəl sıfır üstəgəl sıfır "

A.Əlizadə belə hesab edir ki, “milli şura” ideyası Azərbaycanın siyasi səhnəsində səsləndirilən cəfəng fikirlərdən biridir: “Bizdə siyasətçilər var ki, seçki illərində göstərmək istəyirlər ki, biz də varıq. Hər dəfə bir fikir irəli sürürlər, gah “ictimai palata” yaradırlar, gah “milli şura” yaradırlar, bəziləri deyir ki, gəlin müxalifətdən kimin namizəd olması üçün praymeriz keçirək". Bu barədə “Trend”ə açıqlamasında ASDP sədri bildirib ki, bu cür cəfəng fikirlər Azərbaycan siyasi səhnəsində tez-tez səslənir və “milli şura” təşəbbüsü də elə onlardan biridir: “Milli şura” ideyası ölü doğulmuş uşaqdır, ayaq açıb gəzməyəcək və bunun cəmiyyətdə də heç bir nüfuzu olmayacaq. "Yəni, "sıfır üstəgəl sıfır üstəgəl sıfır" - nə alınacaq?”
Qeyd edək ki, “milli şura”nın faydasızlığını bildirən partiyaların sırasına AİDP də qoşulub. Partiya sədri Tahir Abbaslı belə bildirib: “Hər bir ideyanın əsasında səmimiyyət durmalıdır. Belə olmasa, onun reallaşacağı mümkün deyil”. AİDP sədrinin fikrincə, “milli şura” ideyasını təkilf edən şəxs və onun təmsil olunduğu düşərgə ilk addımlarda ortalığa səmimiyyət, dürüstlük qoymadığından xalq tərəfindən dəstəklənəcəyi gözlənilən deyil. T.Abbaslı bildirib ki, özünü ana müxalifət adlandıran qüvvənin də bu ideyaya qoşulacağını gözləmir: “Bunu yaxın tarixin təcrübəsi göstərir. İllər boyu öz aralarında birləşə bilməyənlərin milli şura ideyası ətrafında birləşəcəyi real görünmür”.

“Milli şura” təsis olunması
haqqında deyilənlər şişirdilir”


Onu da əlavə edək ki, “milli şura” ideyasının puç olduğunu nəinki digər müxaliflər, eləcə də həmin “şura”nı ərsəyə gətirəcək olan partiyaların özü etiraf edir. Bu partiyalardan biri olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, “milli şura”nın yaxın günlərdə təsis olunacağı haqqında deyilənlər şişirdilir: ““Milli şura”nın yaxın günlərdə təsis olunacağı və ya yaradılması ilə bağlı prinsipial razılaşmaların əldə olunması haqda deyilənlər şişirdilir”. O deyib ki, “milli şura”nın yaradılması ilə bağlı təklif Rüstəm İbrahimbəyovdan gəlsə də, qurumun tərkibi, fəaliyyət istiqamətləri, prinsipləri və hədəflərinin müəyyən edilməsi məsələsində bu prosesə qatılan hər bir siyasətçi tərəfindən təkliflər irəli sürülür. A.Hacılının sözlərinə görə, qurumun təsis olunması ilə bağlı proses hələki müzakirələr mərhələsindədir: “Ancaq biz mexaniki birliklərin tərəfdarı deyilik. Birliklər yalnız ayrı-ayrı fərdlərin istəklərinə uyğun olaraq deyil, prinsip üzərində qurulmalıdır, hədəflər əvvəlcədən müəyyən edilməlidir. Biz yalnız Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasət yürüdən qurumlarda iştirak edərik. Əgər milli şura Müsavat Partiyasının qəbul etdiyi prinsiplərə uyğun yaradılacaqsa, yalnız o zaman partiyamız bu prosesə qatılacaq”. Bu fikirlərdən də görünür ki, Müsavat “milli şura”nın formalaşmasında maraqlı olmadığını açıq nümayiş etdirir. Müsavat burada Namazova və onun “el”inə qarşı olduğunu da sərgiləyir.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Vəhdət Partiyasınnı sədri Tahir Kərimli belə qeyd etdi: “Ümumiyyətlə, bir-birilərinə nəzəri-ideoloji cəhətdən ən yaxın sayılan AXCP və Müsavat və eləcə də “el” hərəkatı arasında ciddi qarşıdurmalar hökm sürür. Onlar bir-birilərinin azacıq elektoratına göz dikiblər, sosial şəbəkələrdə bir-birilərinə ittihamlar yağdırırlar, kompromat savaşı aparırlar. Eyni zamanda da onların hamısı Rüstəm İbrahimbəyovun ağzına baxırlar. AXCP-Müsavat birdən-birə Qərbyönümlü olduqlarını unudaraq, Rüstəm bəyin ağzına baxırlar ki, o, Moskvadakı şərti “milyarderlər ittifaqı”nın üzvüdür.O, hansısa maliyyə dəstəyi verə bilər, ona görə də indi də AXCP-Müsavat kimi partiyalar üzlərini on dikiblər. Eyni zamanda da Müsavat “el”ə qarşı çıxış edir, burada Namazovdan önə keçmək istəyir, ona görə də “milli şura”da birinci olmazsa, oyuna qoşulmayacağını iddia edir. Ancaq bir məsələ ortadadır ki, R.İbrahimbəyov siyasətlə yox, sadəcə eyforiya ilə hərəkət edir, ona bel bağlamaq, saman çöpündən yapışmaq kimi bir şeydir. Onun Azərbaycandakı proseslərdən başı çıxmır, o, Azərbaycan, ümumiyyətlə, siyasi proseslərlə bağlı vəziyyəti düzgün qiymətləndirə bilmir. Belə bir halda isə görün radikal müxalifət nə günə qalıb ki, belə bir adamın ideyasının da dalınca düşməyə məcbur olub. Bunlar ən qaranlıq “X” məqamına həsrətdirlər. Ümumiyyətlə, “milli şura”nın özünün gələcək fəaliyyəti antikonstitusion bir məsələdir. Çünki onun elan olunan fəaliyyət istiqamətlərində qeyri-qanunilik, qeyri-demokratik və sair məqamlar əksini tapıb, həm də onun fəaliyyət istiqamətləri bir-birini təkzib edir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info