“Bakı-2017”də taekvando yarışlarına start verilib
Tarix: 16.05.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə kişilər arasında 54, 58, qadınların mübarizəsində 46, 53, 57 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında dayanq üzərinə çıxırlar.
Təmsilçilərimizdən üçü bu gün, beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq.
Bu gün “Bakı-2017”də kişilər arasında yarışa səkkizdəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Qaşım Maqomedov (54 kq) Umar İqballa (Pakistan), Fizam Mehtiyev (58 kq) isə özbəkistanlı idmançı Niyaz Pulatov ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində dörddəbir finaldan mübarizəyə qoşulacaq idmançılarımızdan Yaprak Eriş (57 kq) Pakistan təmsilçisi Farsin Hamdani ilə qarşılaşacaq.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 8-i kişi və 4-ü qadın olmaqla, ümumilikdə, 12 idmançı təmsil edəcək.
Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info