“Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb
Tarix: 16.05.2017 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsi hazırlanıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə və Avstriya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb. Layihənin yekunlarına dair keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, ölkədə sosial təminat sisteminin müasir tələblərə uyğun səviyyədə təkmilləşdirilməsi və səmərəli təşkili Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahə ilə bağlı müəyyən etdiyi vəzifələr sırasında mühüm yer tutur. Nazir son illərdə aparılan köklü islahatların bu sistemin müasir və şəffaf, sosial cəhətdən həssas qruplara əlçatan səviyyədə formalaşmasına yol açdığını qeyd edib: “Sosial təminat sisteminin vacib sahələrindən biri də sosial xidmətlərdir. Hazırda nazirliyin xətti ilə 11300 nəfərə yaxın tənha ahıl və əlilliyi olan şəxs evlərində səyyar formada, təqribən 1100 nəfər insan isə sosial xidmət müəssisələrində stasionar şəraitdə bu xidmətlərlə təmin olunur. Nazirliyin sosial sifarişləri əsasında isə müxtəlif layihələr üzrə il ərzində 2 min nəfərdən çox ehtiyacı olan şəxsə QHT-lər tərəfindən reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Son illərdə sosial xidmətlər sisteminin də qabaqcıl dünya təcrübəsinə uyğun qurulması əsas hədəflərdən biri kimi müəyyən olunub. Bu sahədə “Sosial xidmətin inkişafı” tvinninq layihəsi xüsusi önəm kəsb edib”.
S.Müslümov diqqətə çatdırıb ki, sosial xidmətlərlə təminatın Aİ-nın ən yaxşı təcrübələrinə uyğun qurulması üçün strateji çərçivənin yaradılması, bu strateji sənədə əsasən mövcud qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan sənəd layihələrinin hazırlanması layihədə nəzərdə tutulan komponentlərdəndir. Həmçinin sosial xidmətlər sisteminin Aİ-nın ən mütərəqqi praktikaları əsasında modernləşdirilməsi, bu sahədə insan resurslarının inkişafı layihədəki komponentlər sırasında olub: “Qeyd olunan komponentlərə uyğun aparılan işlərin müsbət nəticələrindən biri kimi, ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsi hazırlanıb. Habelə müvafiq qanunvericiliyin inkişafı məqsədilə təkliflər verilib. Önəmli məqamlardan biri olaraq, layihə çərçivəsində ölkəmizdə sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi nəzərdə tutulub və bununla əlaqədar həmin model üzrə vəzifə təlimatı da hazırlanıb”.
Nazir qeyd edib ki, “Sosial iş” modeli sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmətlər göstərilməklə, onların problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsinə, sosial xidmətlərin onlar üçün əlçatan səviyyədə qurulmasına, həmin insanların sosial və psixoloji ehtiyaclarının müəyyən edilərək aradan qaldırılmasına istiqamətlənib. Bu modeldə sosial xidmətlərin göstərilməsi üçün sosial müdafiəyə ehtiyacı olan şəxslərin əhatə dairəsi də genişdir, yəni buraya əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxslər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və b. daxildir. “Sosial iş” modelinin tətbiqi ilə əlaqədar 4 pilot ərazi (Xəzər, Lənkəran, Xaçmaz rayonları və Gəncə şəhəri) seçilib. Həmin rayonların sosial xidmətlərin göstərilməsi üzrə işçi heyəti, inzibati vəzifə tutan əməkdaşlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə müəllim heyəti üçün tvinninq layihəsi çərçivəsində təlimlər keçirilib. Onlar beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu təlimlərdə sosial xidmətlər sahəsində qabaqcıl beynəlxalq təcrübəni öyrənib, bilik və bacarıqlarını artırıblar. Təlimlərin sonunda isə iştirakçılara sertifikatlar verilib.
S.Müslümov bildirib ki, eyni zamanda, layihə Avstriyanın müvafiq qurumları ilə sıx əməkdaşlıqda həmin ölkənin sosial xidmətlər sahəsində siyasətini, qanunvericilik bazasını və iş praktikasını öyrənməyə imkan verib: “Ümumilikdə layihə çərçivəsində görülən işlər “Sosial iş” modelinin ölkəmizdə uğurlu tətbiqinə dəstək verib və bu yeni modelin reallaşdırılması sosial xidmətlərin inkişafında, kəmiyyət və keyfiyyətinin artırılmasında, həmin xidmətlər sistemində səmərəlilik prinsipinin təmin olunmasında öz faydasını verəcəkdir”.
M.Mard bundan əvvəl Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi məqsədilə də tvinninq layihəsinin həyata keçirildiyini, həmin layihə kimi, “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin də müsbət nəticələr verməsindən məmnunluğunu ifadə edib. O, yekunlaşan tvinninq layihəsinin ölkəmizin sosial xidmətlər sisteminin müasir tələblərə uyğun formalaşdırılması işlərinə öz töhfəsini verdiyinə ümidvar olduğunu bildirib. M.Mard birgə layihələrin uğurla başa çatmasının əməkdaşlığın yeni istiqamətlərdə davamı və genişləndirilməsi üçün yaxşı əsas yaratdığını vurğulayıb.
A.Vex “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin Avstriya ilə Azərbaycanın müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, bu gün Azərbaycanda digər iş sahələri kimi, sosial xidmətlərin də qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi təqdirəlayiqdir.
Tədbir yerli və beynəlxalq ekspertlərin moderatorluğu ilə “Sosial xidmətin inkişafı” tvinninq layihəsi üzrə konkret istiqamətlərdə aparılan işlərə və onların nəticələrinə dair müzakirələrlə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info