Sergey Markov:“ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir ”
Tarix: 16.05.2017 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq”.
 
Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib. O bildirib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir: “Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”.
 
Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: “Bunlardan birincisi ÜAK-ın sənədlərində olan problemlərdir. Hansı ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasında öz əksini tapıb. İkinci səbəb diaspor daxilində baş verən proseslərdir. Üçüncü səbəb isə ÜAK-ın kimin patronajlığı altında olmasıdır. Məncə, Bakı və Moskva bu məsələdə pariteti saxlamalıdır. Ən mühüm mümkün səbəb isə Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər”.
 
Ekspert Konqresin ləğvini böyük səhv adlandırıb: “Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”.
 
S. Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: “Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”.  




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info