Cəfər Cəfərov: “Azərbaycanın gələcəyini yüksək biliyə, istedada malik olan gənclər müəyyən edəcək”
Tarix: 16.05.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisasının II tədris ili magistrantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsmayıllının universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə ADPU-nun rəhbərliyi, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) katibi, Xalq rəssamı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru Ağaəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin (MTH) sektor müdiri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, ARİ-nin Kitab qrafikası bölməsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllimi, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, ADRA-nın müəllimi Ziyadxan Əliyev, ARİ-nin Gənclər bölməsinin sədri Tahir Məmmədov, Əməkdar rəssam Elçin Aslanov, rəssam Nadejda İbrahimova iştirak ediblər. Qeyd edək ki, sərgidə Aygün İsmayıllının 25 rəsm əsəri nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Aygün İsmayıllını təbrik edərək bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. ADPU-nun həm təhsildə, həm də yaradıcılıq sahəsində fərqlənən istedadlı tələbələri çoxdur. Azərbaycanın gələcəyini yüksək biliyə, istedada malik olan belə gənclər müəyyən edəcək. Biz belə tələbə-gənclərimizlə fəxr edir, qürur duyuruq. Aygün İsmayıllı gənc və istedadlı rəssamdır. Aygün İsmayıllı özünəməxsus yaradıcılıq üslubuna malikdir. Onun rəsm əsərləri məzmun və forma baxımından bir-birindən fərqlənir. Rektor çıxışının sonunda Aygün İsmayıllıya yeni yaradıcılıq uğurları arzulayıb.
ARİ-nin katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov çıxış edərək sərginin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb və Aygün İsmayıllıya uğurlar arzulayıb.
MTH-nin sektor müdiri Qalib Qasımov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Aygün İsmayıllının sərgidə nümayiş olunan əsərlərini yüksək qiymətləndiriblər və rəssama müvəffəqiyyətlər arzulayıblar.
Sonda çıxış edən Aygün İsmayıllı fərdi yaradıcılıq sərgisinin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, eləcə də bütün iştirakçılara təşəkkür edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info