Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb
Tarix: 16.05.2017 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak etmişdir. Nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüksək vəzifəli şəxslərlə təmsil olunurdu.
Yüksək Səviyyəli Beynəlxalq Forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 1500-dən çox nümayəndə iştirak etmişdir. Qeyd edək ki, Azərbaycan əsas məqsədi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olan “Bir kəmər - bir yol” təşəbbüsünün “İpək yolu iqtisadi kəməri” inkişaf istiqamətinə daxildir. 2015-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında” Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi istifadəyə verilmiş, Kompleksin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Ən müasir texnologiyalara əsaslanan Gəmiqayırma Zavodu tikilmiş və hazırda uğurla fəaliyyət göstərir, iri gəmiçilik inkişaf etdirilir.
Bununla yanaşı, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilmiş, avtomobil və dəmir yolları, beynəlxalq hava limanları tikilmiş və ya yenidən qurulmuşdur. Böyük əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tərəfdaşlarla birlikdə uğurla icra olunur. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya daşımalar qısa müddətdə mümkün olacaq. Azərbaycan həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilmişdir.
“Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda açılış mərasimi, yüksək səviyyəli plenar və tematik iclaslar və s. olmaqla bir sıra tədbirlər keçirilmişdir. Azərbaycan nümayəndə heyəti bu tədbirlərdə iştirak etmişdir.
Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Ofisində olmuş və Şirkətin Mərkəzi Asiya və Qafqaz regionu üzrə prezidenti Ceyms Çen ilə görüşmüşdür. İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir sıra işlər görülmüşdür. Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə
əməkdaşlıqda maraqlıdır. Bu baxımdan korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə “Huawei” şirkəti ilə əməkdaşlıq mümkündür. “Huawei” şirkətinin fəaliyyəti barədə məlumat verən Ceyms Çen İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan “Huawei”nin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, şirkətin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirmişdir. Görüşdə Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsi çərçivəsində “Huawei” şirkəti tərəfindən görülmüş işlərin əhəmiyyəti vurğulanmışdır.
Çinin “China CAMC Engineering Co. Ltd.” şirkətinin vitse prezidenti Chen Yu Fang ilə keçirilmiş görüşdə sənaye sahəsində ixtisaslaşmış şirkət barədə məlumat verilmiş, əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir. Bildirilmişdir ki, “China CAMC Engineering Co. Ltd.” Çin Milli Maşınqayırma Sənayesi Korporasiyasının (SİNOMACH) ən böyük 3 törəmə şirkətindən biridir, 48 ölkədə 100-dək iri sənaye layihəsi həyata keçirmişdir. Şirkət Azərbaycanla da sənaye sahəsində bir sıra layihələrdə əməkdaşlıq edir. Görüşdə bu layihələrə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvləri aidiyyəti qurumlarla görüşlər keçirmişdir. Səfər çərçivəsində Azərbaycanda SOCAR GPC layihəsi üzrə SOCAR, Çin Milli Neft Şirkəti (CNPC) və Çin İnkişaf Bankı arasında, eləcə də Azərbaycan və Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində anlaşma memorandumları imzalanmışdır.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info