ÜAK rəhbəri Putinə müraciət edib
Tarix: 17.05.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq”
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. APA-ya daxil olan bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: “16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb. Lakin qeyd etmək lazımdır ki, ötən illər təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və baxılması sahəsində yanlışlıqlara yol verilib, Rusiya Ədliyyə Nazirliyinin məktubuna operativ reaksiya verilməyib, Mərkəzi Şuranın iclaslarının keçirilməsi üçün verilən müddətlə bağlı tələbə riayət edilməyib və digər texniki səhvlər buraxılıb. Bununla yanaşı, regional toplantılarda nöqsanlara yol verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən əsasız ittihamlar irəli sürülüb. Bu iradlar hətta əsaslı olsa belə, həmin nöqsanlar iclaslarda yetərsay məsələsinə və qəbul olunan qərarların legitimliyinə təsir etməyib. Üstəlik, həmin nöqsanlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz". Bəyanatda deyilir ki, Ədliyyə Nazirliyi bu iradların hüquqi əsasının olmaması ilə bağlı bütün yazılı dəlilləri qəbul etməkdən imtina edib: “Bütün bunlar onu sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir. Bütün ittihamlar, əsaslı və əsassız olmasından asılı olmayaraq, tam texniki xarakter daşıyır və təşkilatın fundamental vəzifələri ilə əlaqəsi yoxdur”. F. Qurbanov qeyd edib ki, bu gün iki ölkə prezidenti arasında dostluq münasibətləri və əlaqələrin səviyyəsi bütün problemləri həll etməyə imkan verir: “Ali Məhkəmənin qərarı uzağagedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın”.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Tarixin ibrət dərsləri...
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info