700 bal toplayan abituriyentlər UNEC-də
Tarix: 17.05.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarından 700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev UNEC-də olublar. İngilis dilində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayevlə görüşüblər.
İmtahanda ən yüksək nəticə əldə etdiklərinə görə gəncləri təbrik edən A.Rzayev bildirib ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərinin məzunları tədris edir. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir. Tələbələr UNEC-in beynəlxalq mübadilə proqramlarında da iştirak edə bilir. UNEC-də bir semestrlik pedaqoji fəaliyyət göstərən amerikalı professor Bülent Aybarla görüş abituriyentlər üçün yaddaqalan olub. B.Aybar abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib, dünya əmək bazarının tələblərini açıqlayıb. Amerikalı professor bildirib ki, UNEC bu gün dünya əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır. UNEC-in dünyanın qabaqcıl univeristetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq etməsi abituriyentlərin xüsusi marağına səbəb olub. Onlara bildirilib ki, UNEC tələbələrə Avropanın hər iki nüfuzlu universitetinin bakalavr diplomunu da əldə etmək şansı yaradır. UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə universitet hesabına 100 manat məbləğində əlavə təqaüd verilir. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verir. UNEC-in savadlı və bacarıqlı tələbələrə yaratdığı imkanları yüksək qiymətləndirən abituriyentlər İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən uğurlu startapçılarla da görüşüblər. Startapçılar onların ideyanın yaranması, həyata keçirilməsi və inkubasiya dövrü barədə suallarına ətraflı cavab veriblər. Elektron Universitet Modeli ilk dəfə auditoriyaya daxil olan gənclərin marağına səbəb olub. Onlara Elektron Universitet Modelininin üstünlükləri barədə məlumat verilib. UNEC-in kitabxanasında olan abituriyentlər seçəcəkləri ixtisaslarla bağlı kitablarla maraqlanıblar. UNEC tələbələri onlara istifadə etdikləri dünyanın qabaqcıl universitetlərinin dərsliklərini təqdim ediblər. UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini öyrənən abituriyentlər bu halı müsbət qarşılayıblar. Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olaraq, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info