Bu il Qəbələyə 32 mindən çox əcnəbi turist gəlib
Tarix: 17.05.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


İstirahət etmək üçün Qəbələyə gələn əcnəbi turistlərin sayı ildən-ilə artır. Rayonda 20-yə yaxın müasir beşulduzlu otelin, istirahət və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsi xarici turistlərin diqqətini daha çox cəlb edir. Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov bildirib ki, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir.
Otellərdən verilən məlumata görə, bu il yanvarın 1-dən mayın 15-dək Qəbələyə 62 min 450 nəfər turist gəlib ki, bunun 32 min 350 nəfəri əcnəbi, 30 min 100 nəfəri yerli turistdir. Xarici turistlər, əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, ötən 5 ayda Qəbələyə 25 mindən çox ərəb turist gəlib. Xarici turistlər rayondakı otellərdə dincəlir, “Qəbələnd” istirahət və əyləncə mərkəzində, “Tufandağ” Yay-Qış Turizm İstirahət, Stend və Ox Atıcılığı komplekslərində əylənir, kanatla dağ gəzintisinə çıxırlar. Meşələrdə atla gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə ov etmək barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşir. Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb.
Anar Məhərrəmov bildirib ki, mayın 12-də başlayan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ölkəmizə gələn minlərlə xarici tamaşaçı və idmançı yarışlardan sonra ölkəmizin turizm məkanlarına səfər edərək boş vaxtlarını səmərəli keçirirlər. Bu baxımdan, son günlər Qəbələyə böyük turist axını var. Rayonun bütün otellərində yerlər dolduğuna görə gələn qonaqlar müasir kotteclər və villa tipli kənd evlərini kirayələyir və orada gecələməli olurlar. Müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Həmçinin Qəbələnin tarixi abidələrinə, müasir istirahət və əyləncə mərkəzlərinə, mənzərəli yerlərinə tanışlıq səfərləri təşkil edilir. Turistlər gündə 3 dəfə yeməklə təmin olunur və mənzərəli yerlərdə xatirə şəkli çəkdirmək imkanı əldə edirlər. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları günlərində Qəbələyə müsəlman ölkələrindən olan 2500-dən çox turistin gəldiyini qeyd edən Anar Məhərrəmov bildirib ki, mayın 22-dək rayona daha 8 min qonağın gələcəyi gözlənilir. Hazırda rayonda 100-ə yaxın irili-xırdalı turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xaricidir. Bu il rayona 150 mindən çox turistin gələcəyi gözlənilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info