“ÜAK-ın ləğvi Rusiyadakı bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir”
Tarix: 17.05.2017 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


“Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyasətçiləri də açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir”.
Bu fikirləri Milli Məclisin plenar iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı məsələyə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Bahar Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir: “Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil”. Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlara münasibət eynidir. Bu baxımdan, ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirilir: “Təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info