Vaşinqton: “Ermənistanda məhkum, əlil və hərbi qulluqçuların hüquqları pozulur”
Tarix: 23.04.2013 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


“Armenian Today” nəşrinin verdiyi məlumata əsasən, Vaşinqton Ermənistanda məhkumlar, əlil və hərbi qulluqçuların hüquqlarının pozulduğunu açıqlayıb.
Qeyd edək ki, 2012-ci ildə Ermənistanda insan hüquqları sahəsində vətəndaşların hüquq məhdudiyyəti, korrupsiya, hökumətdə şəffaflığın çatışmazlığı və məhkəmə səlahiyyətinin məhdudlaşdırılmış müstəqilliyi ən əhəmiyyətli problem idi. Bu barədə 2012-ci il ərzində Ermənistanda insan hüquqları haqqında ABŞ-ın dövlət vəkilinin məruzəsində bildirilir.
ATƏT-in müşahidəçilərinə əsasən, Ermənistanda may parlament seçkiləri ərəfəsində seçkiqabağı kampaniyanın gedişatında pozuntular müşahidə olunub. Belə ki, Ermənistanda hələ müəyyən dərəcədə düzəlişlər olunsa da, Respublikaçılar Partiyasının xeyrinə inzibati resursdan istifadə edərək səslərin alınması haqqında etibarlı iddialar, şikayətlərin və ərizələrin tərtib edilməsi prosesində qeyri-dəqiqliklər, seçki kodeksində çatışmazlıqlar müşahidə olunmaqdadır.
Ötən il ərzində başqa qanun pozuntuları da qeydə alınıb. Belə ki, məruzədə sülh şəraitində orduda şübhəli ölümlər, zabitlər və iş yoldaşları tərəfindən çağırışçılarla pis rəftar və belə hərəkətlər üçün cəzanın olmaması kimi bəndlər yer alıb. Çox həbsxanalar doldurulub və antisanitariya vəziyyətindədir. Məhbuslar üçün tibbi xidmətlər yoxdur. Məhkəmə prosesləri tez-tez ləngiyir, məhkəmələr ədalətli məhkəmə təhqiqatını təmin edən qanunları tətbiq edə bilmir. Şəxsi həyata hökumətin müdaxiləsi qeyri-adekvat şəkildə tətbiq edilir.
Məruzədə əvvəlki kimi KİV-də seçkiqabağı kampaniyanın obyektiv işıqlandırılmaması əsaslı şəkildə göstərilir. Dini azlıqların üzvləri sosial diskriminasiyadan əzab çəkirlər, ailə zorakılığı probleminin adi hal aldığı vurğulanır. İnsan alveri ilə mübarizə üçün hakimiyyət təşəbbüs göstərsə də, böyük problem olaraq qalmaqdadır. Əlillər demək olar ki, həyatın bütün sferalarında diskriminasiyayla rastlaşırlar.
ÜLKƏR




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info