İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə Şəkiyə gələn turistlərin sayı artıb
Tarix: 17.05.2017 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkənin turizm sektorunda da böyük canlanmaya səbəb olub. Oyunları izləmək üçün respublikamıza təşrif buyuran əcnəbi turistlər ölkəmizi daha yaxından tanımaq üçün paytaxtla yanaşı, bölgələrə də üz tutur, sürətlə inkişaf edən Azərbaycanının gözəlliklərini, məşhur tarixi məkanlarını öz gözləri ilə görürlər.
Oyunların davam etdiyi bu günlərdə Şəkiyə gələn yerli və xarici turistlərin sayında da xeyli artım müşahidə olunur. Əcnəbi qonaqların Şəkidə ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.
Qoruğun direktoru Təranə Abdullayeva Azərbaycanın növbəti dəfə dünya miqyaslı böyük idman tədbirinə ev sahibliyi etməsindən fəxarət və qürur hissi keçirdiyini vurğulayaraq deyib: “Mayın əvvəllərindən başlayaraq Qoruğun ərazisinə gələn turistlərin sayı xeyli artıb. Əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlər üstünlük təşkil edir. Bələdçilər turistlərə ərazidəki tarixi abidələrin özəllikləri ilə yanaşı, ölkəmizdə uğurla davam edən IV İslam Həmrəyliyi Oyunları barədə də məlumat verirlər. Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra turistlər Qoruğun ərazisindəki istirahət məkanında Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə dəvət olunur, burada qoyulmuş böyük ekranlı televizor vasitəsi ilə Oyunların gedişini izləyirlər”.
Təranə Abdullayevanın bildirdiyinə görə, İslam Həmrəyliyi Oyunlarının davam etdiyi bu günlərdə Qoruğun iş rejimində də dəyişiklik edilib. Yəni, hazırda ərazidəki tarixi abidələrin qapıları səhər saat 8.00-dan axşam 20.30-dək turistlərin üzünə açıqdır.
Xan sarayının həyətində uzaq Avstraliyadan gəlmiş turistlərlə söhbət zamanı məlum oldu ki, Peter və Karoline Villiadsenlər cütlüyü səyahət etməyi çox xoşlayırlar. Azərbaycana ilk dəfədir səfər edirlər. Qədim Şəki onların çox xoşuna gəlib. Xan sarayının möhtəşəm abidə, nadir sənət nümunəsi olduğunu vurğulayan qonaqlar sarayın nəfis şəkildə hazırlanmış şəbəkə pəncərələri, interyeri və divar rəsmləri ilə abidənin yerləşdiyi ərazinin təbiət lövhələrinin çox gözəl vəhdət təşkil etdiyini bildirirlər.
Omanlı turist Rəşid Əl-Həkmani isə bildirib ki, həyat yoldaşı ilə artıq Bakı və Qəbələ şəhərlərində olub. Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə məlumatı Bakıda olarkən əldə edib. Əcnəbi qonaq öz ölkəsinin idmançılarının da İslam dünyasının bu böyük idman tədbirində iştirak etməsindən çox sevindiyini bildirib.
Söhbətə qoşulan Dubaydan gəlmiş turistlər də son illər Azərbaycanda böyük idman yarışlarının keçirilməsindən məlumatlı olduqlarını deyib, ölkəmizdə turizmin inkişafı üçün çox gözəl şəraitin olduğunu vurğulayıblar.
Çikaqolu Davud Piter, sloveniyalı Rok Çampa, Misirdən gəlmiş Əhməd Mahmudla söhbət zamanı məlum oldu ki, onlar da Azərbaycana ilk dəfədir səfər edirlər və insanların qonaqpərvərliyindən, isti münasibətlərindən çox məmnundurlar.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən sənətkarlar da ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən qürur hissi keçirdiklərini bildiriblər. Təkəlduz ustası Vəfa Mustafayeva deyir ki, turistlərin marağını nəzərə alaraq Oyunların rəmzi simvolu olan su səhənginin əks olunduğu kiçik ölçülü milli suvenirlər də hazırlayıb. Turistlər belə kiçik suvenir-hədiyyələrə üstünlük verirlər. Söhbət zamanı digər şəkili sənətkarlar da Azərbaycanda kütləvi idman tədbirlərinin, beynəlxalq festivalların keçirilməsinin paytaxtla yanaşı, bölgələrdə də turizm sektorunun inkişafına çox böyük təsir göstərdiyini vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info