“Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb”
Tarix: 17.05.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan Xocalı soyqırımı petisiyası ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə çıxış edən rusiyalı tarixçi bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb:
 
"Onlar bir iş görəndə, 40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir". 

O. Kuznetsov bildirib ki, petisiyalar daha çox xarici ölkələrdən gəlir. O, imzaların az toplanmasının səbəblərinə də toxunub: “İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata almaq lazımdır. Eyni zamanda insanların elektron media resurslarına çıxışı məhduddur".
 
Tarixçi bildirib ki, imzaların böyük hissəsi Lənkərandan gəlib. O, universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və Mingəçevirə gedəcəyini də bildirib. 
 
Qeyd edək ki, O. Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info