BMT-dən MDB ölkələrinin iqtisadi vəziyyəti ilə bağlı müsbət proqnoz
Tarix: 17.05.2017 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


2016-cı ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu kəskin azalıb. Bu barədə BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivləri, 2017-ci il" adlı sənədində bildirilib.

BMT ekspertlərinin qənaətinə görə, 2016-cı ildə MDB-nin əksər ölkələrində investisiya mühiti zəifləyib. Xüsusilə Azərbaycan, Belarus və Moldovada sərmayə qoyuluşu kəskin azalıb.

Təşkilat qeyd edir ki, Rusiyaya qarşı yürüdülən sanksiyalar şimal qonşumuzun investisiya perspektivlərinə də mənfi təsir göstərir və kapital bazarına çıxışı məhdudlaşdırır. Bu proses həmçinin Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcminə də neqativ təsir edib. Rusiyadan transferlərdən asılı olan ölkələrdə gəlirlər kəskin azalıb.

Bununla belə məruzədə qeyd olunur ki, 2014-2015 illərdə MDB-də müşahidə olunan iqtisadi şokdan sonra ötən il təşkilatın üzvü olan ölkələrin iqtisadiyyatında nisbətən sabitlik yaşanır. Ekspertlər bu il iqtisadi aktivliyin bir qədər artacağını proqnozlaşdırır. BMT-nin hesablamalarına görə, 2017-ci ildə bu artım MDB regionunda iqtisadi artım 1,4%, gələn il isə 2% təşkil edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info