DİN: “Ötən il insan alveri ilə məşğul olan 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub”
Tarix: 17.05.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Ötən il Azərbaycanda məhkəmə orqanları insan alveri ilə məşğul olan 26 nəfər barəsində qərar qəbul edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Orxan Mansurzadə bəyan edib.
“2016-cı ildə Azərbaycanda DİN-in müvafiq strukturu tərəfindən 141 nəfər trafikinq qurbanı, məcburi əməyə cəlb olunma ilə bağlı 6 fakt aşkar edilib. Ötən il məhkəmə orqanlarının 22 qərarına əsasən, 26 nəfər insan alverində iştiraka görə həbs cəzasına məhkum olunub”, - deyə O.Mansurzadə Vyanada Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) insan alveri ilə mübarizə layihəsinin Faza-2 çərçivəsində bildirib.
O.Mansurzadə qeyd edib ki, ötən il insan alveri ilə məşğul olan 31 kişi və 7 qadın daxil olmaqla, 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 36 nəfər barəsində cinayət işi məhkəmə orqanlarına təqdim olunub.
Onun sözlərinə görə, 2016-cı ildə trafikinq qurbanı olan 63 nəfər Yardım Mərkəzinə göndərilib.
O.Mansurzadə vurğulayıb ki, Azərbaycan qanunvericiliyində trafikinq qurbanlarına 400 manat məbləğində kompensasiya ödənişi nəzərdə tutulur. O əlavə edib ki, 2016-cı ildə 54 trafikinq qurbanı öz ailələrinə qaytarılıb. *

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info