DSMF sədri Batumidə keçirilən beynəlxalq konfransda iştirak edib
Tarix: 17.05.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin  Sosial  Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Gürcüstanın Sosial Xidmət Agentliyinin təşkilatçılığı ilə bu ölkənin Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Gürcüstan və Avrasiya ölkələrinin pensiya və sosial sığorta sistemlərinin inkişaf perspektivləri" mövzusunda təşkil olunan konfransda nümayəndə heyətinin rəhbəri, Fondun direktoru Zakir Babayev "Azərbaycanın pensiya təminatı sistemində islahatlar" adlı təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində və informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə şəraitində yaradılmış müasir sığorta-pensiya sistemi barədə məlumat verilib.
Vahid prinsiplər əsasında fəaliyyət göstərən və respublikanın bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən bu sistemin üstünlükləri diqqətə çatdırılıb. Bu sahədə əhaliyə elektron müstəvidə müasir və şəffaf xidmətlərin təqdim olunduğu vurğulanaraq, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində edilən dəyişikliklərdən də bəhs olunub.
 
Azərbaycanın müasir sığorta-pensiya sisteminə dair məlumatlar, həyata keçirilən islahat tədbirləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
Nümayəndə heyəti konfrans çərçivəsində Rusiyanın, Qazaxıstanın, Moldovanın, Qırğızıstanın və Tacikistanın sosial sığorta və pensiya qurumlarının rəhbər şəxsləri ilə görüşlər də keçiriblər. Görüşlər zamanı ikitərəfli maraq doğuran məsələlərə dair fikir mübadilələri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info