Hansı təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq
Tarix: 17.05.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“Ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı isə dəqiq məlumat yoxdur”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
E. Bağırov qeyd edib ki, bu il bəzi təhsil müəssisələrinə müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib: "10 belə müəssisə müəyyənləşib. Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Müəllimin, namizədin təyinatı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır".
Onun sözlərinə görə, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir: “Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər. Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.
Nazirlik rəsmisi əlavə edib ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib, müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilib: “Bu il isə bir qədər fərqli olacaq və peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info