Biləsuvarda “Sülhü tərənnüm edən İslam” mövzusunda tədbir
Tarix: 18.05.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Biləsuvar rayon Heydər Əliyev Muzeyində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Sudan Respublikasının Azərbaycandakı səfirinin müavini Muhammed Elballa Osman, səfirin müşaviri Əbu Əl Qasim Delef Allah, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami, Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyinin Administrativ və maliyyə üzrə nümayəndəsi Abdul Hakim Əl Şəmsi, Səudiyyə Ərəbistanının və Fələstin Dövlətinin Azərbaycandakı səfirliklərinin nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və KİV nümayəndələri iştirak edib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, artıq ölkəmizdə ənənə halı almış, gündəlik həyat tərzinə çevrilmiş tolerantlıq və multukultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir M.Quliyev qeyd edib ki, İslam dini ilə maraqlananlar çox yaxşı bilirlər ki, bu dinin prinsipləri sülhü, əmin-amanlığı, ətrafla xoş münasibəti təbliğ etməkdir. İslamın sülh dini olması onun adından da məlumdur. Çünki “İslam” sözünün “sülh” mənası da var. Lakin dünyanın bəzi güc mərkəzləri müsəlman ölkələrini qarışdıraraq müxtəlif hərbi qruplaşmalar yaradır və onları silahlandıraraq dinc müsəlmanları qırdırırlar. Sonda isə bütün bu iyrənc əməllərini yenə də müsəlmanların üzərinə qoyurlar.Hər bir müsəlman ölkəsi öz hüquqlarını qorumağı bacarmalı və bir-birinə dəstək olmalıdır.
Bu sahədə ölkə başçısı tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikultralizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsi bütün dünyaya bir mesajdır. Bu mənada Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın İslam həmrəyliyi sahəsində həyata keçirdiyi dövlət siyasətinin birbaşa davamı, idman sahəsində məntiqi nəticəsidir. Tədbirdə çıxış edən qonaqlar islam dininin mahiyyətindən danışıb və dünyanın bir çox ölkələrində islama və müsəlmanlara qarşı aparılan məkrli kampaniyalar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, hər bir müsəlman ölkəsi Azərbaycan dövləti kimi islamı qorusa və digər müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirsə bu gün müsəlman ölkələrinin bir çoxunda yaşanan qanlı toqquşmalar, vətəndaş müharibələri bəlkə də olmazdı. Sonda səmimi görüş üçün təşəkkürlərini bildirən qonaqlar Biləsuvar rayonunun bir çox yerlərində olublar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info