Milli Olimpiya Komitəsində qalib idmançılarla növbəti görüş
Tarix: 18.05.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə medal qazanan idmançılarımızla görüş keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, idmançılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə idmançılarımızın parlaq qələbələrini əks etdirən görüntülər nümayiş olunub. Ç.Hüseynzadə çıxış edərək bildirib ki, dünən Azərbaycan idmançıları möhtəşəm çıxışları ilə parlaq qələbələr qazanıblar. İdmanın taekvando, üzgüçülük, güllə atıcılığı növlərində 13 medal qazanıldığını vurğulayan Ç.Hüseynzadə qalibləri təbrik edərək deyib: “Fərəhləndirici haldır ki, idmanın hər yeni növü üzrə yarışlarda atletlərimiz yüksək nəticələr göstərə bilirlər. Hələ yarışlar davam edir. İdmançılarımızın daha çox uğur qazanacağına əminik”. Tədbirdə şərəf lövhəsinə imza atan idmançılara MOK-un hədiyyələri təqdim olunub. MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” layihəsi mayın 23-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info