Əli Kərimli seçki üçün sponsor axtarır
Tarix: 23.04.2013 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Zərdüşt Əlizadə: “Kərimlinin pulu yoxdur ki, seçkidə müstəqil iştirak etsin”

Qarşıdakı prezident seçkiləri ilə bağlı müxtəlif müxalifət partiyaları öz namizədlərini elan ediblər. Bundan başqa müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı şəxslər də seçkidə namizəd olmağa qərar veriblər. Orası bəllidir ki, müxalifət seçkiyə pərakəndə halda gedir və müxalif partiyalar seçkidə namizədlik məsələsində bir-birilərinə güzəştə getmək istəmirlər. Seçkilərə artıq 6 aydan az vaxt qalsa da, müxalifət düşərgəsində bu məsələdə hər hansı bir anlaşma yoxdur. Amma hər halda, müxalif namizədlər bir-birilərilə rəqabət şəraitində olsa da, seçkidə ayrı-ayrılıqda namizədliklərini irəli sürüblər.
Seçkidə namizədlik məsələsində ən anlaşılmaz və ziddiyyətli durum isə radikal müxalifət düşərgəsindədir. Belə ki, burada təmsil olunan “ictimai palata” daxilində, eləcə də “ictimai palata” ilə Eldar Namazovun “el”i arasında seçkidə namizədlik məsələsində əsl dava-dalaş baş qaldırıb. Məsələn, “ictimai palata”da təmsil olunan Müsavat Partiyası da sədr İsa Qəmbərin seçkidə namizəd olacağını qətiləşdirib. Amma buradakı AXCP sədri Əli Kərimli isə hələ də tərəddüddədir və hələ də seçkidə namizədliyini elan etməyib. O, eyni zamanda İsa Qəmbəri “tələsik” şəkildə öz namizədliyini irəli sürməsinə görə kəskin ittiham mövqeyinə keçib. AXCP bu məsələdə də Müsavatla kəskin ziddiyyətlər yaşamaqdadır. Ümumiyyətlə, hər seçki ərəfəsində bu iki partya arasında namizədlik məsələsində rəqabət, ziddiyyət və anlaşılmaqzlıq özünü göstərdiyi kimi, bu dəfə bu münasibətlər daha kəskin təzahür etməkdədir. Görünən odur ki, AXCP və Müsavat bu seçkidə də namizədlik məsələsində və ümumiyyətlə, seçkidə iştirakda heç cür anlaşa və ortaq qərara gələ bilməyəcəklər. Əksinə, Əli Kərimli Müsavata qarşı seçkidə dayanmaq üçün başqa bir müxalif tərəf axtarışındadır. Bu isə bir daha göstərir ki, radikal müxalifətin bir qurumu olan “ictimai palata” reallıqda yoxdur və bu qurum heç bir göstəriciyə görə seçki ilə bağlı müxalifətin hansısa formada təşkilatlanmış qurumu sayıla bilməz. “İctimai palata”dan Vidadi İsgəndərli və sairlərinin heç kimlə müzakirə etmədən və razılaşdırmadan ayrıca olaraq öz namizədliyini verməsi də bunu təsdiq edir.
Qeyd etdiyimiz kimi, digər yandan da “ziyalılar forumu”ndan Eldar Namazov ortaya çıxaraq “el” adlı bir qurumla seçkiyə gedəcəyini iddia edir. Namazovun “ictimai palata” ilə “milli şura” adlı bir qurum ortaya çıxaracaqları gözlənilsə də, bu şura tərəflərin ziddiyyətləri və namizəd hərislikləri üzündən alınmır – bu barədə ötən saylarımızda kifayət qədər yazı gedib. Hazırda da Müsavat başqanı İsa Qəmbər Namazovu özünə rəqib gördüyü üçün onunla bir arada “milli şura”da təmsil olunmaqda maraqlı olmadığını açıq sərgiləyir. Ona görə də Müsavat və onun qəzeti Namazova qarşı hər məqamdan yararlanmaqla kampaniya aparır, onun Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi antimilli insanlarla yaxınlığından istifadə edir. Müsavat onsuz da reputasiyasında problemlər olan Namazovun dübarə antimilli şəxslərlə yaxınlığını tez-tez qabartmaqla, eyni zamanda onun Rusiyadan maliyyələşdirildiyini tez-tez qeyd etməklə bu rəqibi düşərgədə özü üçün zərərsizləşdirməyə çalışır. Təbii ki, Müsavat burada milli təəssübkeşlikdən yox, firqə maraqlarından çıxış edir. Amma qəribədir ki, Müsavat Namazova qarşı bu qədər barışmaz olduğu halda, AXCP Namazova “ilıq” münasibət göstərir. Bir dəfə də olsun, AXCP Namazovun əleyhinə hər hansı yazı ilə çıxış etməyib. Əksinə, Kərimli tez-tez açıqlamalarında “el” adlı qurumu “müxalifətdə yeni güc mərkəzi” kimi təqdim edərək Namazova jest edir. Kərimli bunu Müsavatla qarşılıqlı ittihamlar fonunda edir. Yəni Müsavatla ciddi ziddiyyətlərə girən Kərimli Namazova “məhrəm” münasibət sərgiləməyə çalışır. O da bəllidir ki, Kərimli hazırkı ərəfədə ciddi resurs və maliyyə qıtlığı yaşayır. Onun az öncə Qərb təşkilatlarını ittiham etməsi, “müxalifəti köməksiz qoyduqlarını” və “onlara inanmaq lazım deyil” deməsi də ondan xəbər verir ki, AXCP sədri bu seçkidə hansısa Qərb kanallarından gələn maliyyədən ümidini və əlini üzüb. Bu isə AXCP-ni müxtəlif yönlərə üzünü çevirərək maliyyə əldə etmək, seçkidə pul qazanmağa sürüklənməyə vadar edib. Hətta bu aralarda Kərimli və AXCP-çilər dini elektorata da meyillənərək onlara da jestlər etməyə çalışırlar – ötən saylarımızda bu barədə də yazmışıq. Kərimli bu arada boşalan pul kisəsini hətta, İrandan gələn maliyyə hesabına doldurmağa və dini imic almağa razıdır. Təki pul gəlsin. Belə bir halda isə ona Rusiya layihəsi olan Namazovun “el”i də cəlbedici görünür. Kərimli belə bir situasiyada Namazovla yaxınlaşaraq, seçkidə onun namizədliyini dəstəkləmək, onunla İsa Qəmbərə rəqib olmaq və nəticədə pul qazanmaq istəyir. Əlbəttə, Namazov onun bu ehtiraslarını doğrultmasa, o, başqa, daha sərfəli və “səxavətli” bir namizədi dəstəkləməyə də hazırdır. Nahaq yerə deyil ki, özünü əməllicə reklam edib, “əsas ana müxalifət bizik” deməklə bir yandan “qiymətini” qaldırır, digər yandan da “lazım gələrsə, ümumi müxalifət naminə hansısa namizədi dəstəkləyə bilərik” deyə “müştəri” çağırır. Qeyd edək ki, düşərgədəki ekspertlər də Kərimlinin bu hərəkətlərini onun seçki ərəfəsində resurssuz olduğu ilə əlaqələndirirlər. Bu barədə “Palitra”ya fikirlərini bildirən siyasi ekspert Zərdüşt Əlizadə də belə qeyd edir: “Əli Kərimlinin pulu, resursları yoxdur ki, seçkidə müstəqil şəkildə iştirak etsin. Ona görə də bu cür açıqlamalarla gündəmə gəlir, eyni zamanda da hələ də ona görə təkbaşına namizədliyini irəli sürməyib”.
Göründüyü kimi, Kərimlinin indiyə qədər namzədliyini irəli sürməməsinin və eləcə də seçkidə iştirakla bağlı bir-birini təkzib edən açıqlamalarının əsl səbəbini məhz onun hazırda seçkidə iştirak üçün ciddi resurs qıtlığı çəkməsində axtarmaq lazımdır...
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info