“Bakı-2017” İslam həmrəyliyi üçün böyük əhəmiyyətə malikdir”
Tarix: 18.05.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Səudiyyə Ərəbistanı Krallığı IV İslam Həmrəyliyi Oyunlarında 200 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə təmsil olunur. İdmançılarımız bu Oyunlara yüksək əzmkarlıqla hazırlaşıblar. IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyi üçün çox böyük əhəmiyyəti var. Bu Oyunlar idman vasitəsilə müsəlman ölkələrini bir araya gətirib, onları bu yarışlar ətrafında birləşdirib”. Bu sözləri Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud AZƏRTAC-a müsahibəsində deyib. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini söyləyən Şahzadə İslam həmrəyliyinə böyük töhfə verən bu addıma görə ölkəmizə minnətdarlığını bildirib. O deyib ki, Oyunlarda əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Ona görə də bu Oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də gücləndirəcək. Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirdiyini deyən Əbdülhəkim bin Müsaid Al Səud bunun təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin bu təşəbbüsünün İslam ölkələrinin birliyində mühüm rol oynayacağını bildirən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti bu Oyunların müsəlman ölkələri arasında qardaşlıq tellərinin gücləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info