BMT TŞ fövqəladə iclas keçirib
Tarix: 18.05.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya münasibətdə qəbul edilən qətnamələri tamamilə yerinə yetirmək üçün bu beynəlxalq qurumun üzvü olan digər ölkələrə müraciət etmək barədə razılığa gəliblər. NHK telekanalının yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən qapalı fövqəladə iclası 75 dəqiqə davam edib və iclasda Şimali Koreya tərəfindən son ballistik raket buraxılışı məsələsi müzakirə olunub. Təhlükəsizlik Şurasına sədrlik edən Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Rosselli jurnalistlərə deyib ki, Şura üzvləri Şimali Koreya tərəfindən nüvə və ballistik raket sınaqlarına dözməyəcəklərini bildiriblər. E.Rosselli əlavə edib ki, Təhlükəsizlik Şurası Pxenyanı Koreya yarımadasını nüvəsizləşdirmək istiqamətində addımlar atmağa çağırıb. İclas zamanı əlavə tədbirlərlə bağlı qəbul edilən qərarlar barədə məlumat verilməyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iclasdan əvvəl bildirib ki, ölkəsi sanksiyaların gücləndirilməsi barədə məsələni Çin tərəfi ilə müzakirə edir. Onun sözlərinə görə, Çin tərəfi Şimali Koreya qitələrarası ballistik raketlərin yaradılmasına yaxınlaşdığı vaxt cavab tədbirləri görəcəyini bildirib. ABŞ və Çinin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək məqsədilə müzakirələri davam etdirəcəyi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info