Lavrova ötürülən kəşfiyyat məlumatı: Amerikaya uçan təyyarələrə noutbuk qadağasının səbəbi
Tarix: 18.05.2017 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Konqresmen-demokratlar ABŞ Prezidenti Donald Trampdan Lavrovla görüşün protokolunu istəyirlər

Konqresmen-demokratlar Ağ Evi ABŞ Prezidenti Donald Trampın ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün protokolunu təqdim etməyə çağırıblar. Bu görüşdə Donald Tramp, guya, nazirlə çox məxfi informasiyaları bölüşüb.
“Euronews” telekanalı xəbər verir ki, partiya yoldaşlarının bu tələbini demokratların ABŞ konqresindəki lideri Çak Şumer səsləndirib. “Prezident yubanmadan redaktə olunmamış stenoqramı təqdim etməlidir”, - deyə Şumer bildirib. O qeyd edib ki, əgər prezident milli təhlükəsizliyi və kəşfiyyat əməliyyatlarını təhlükə altında qoyubsa, konqres bunu bilməlidir. Ağ Ev administrasiyası isə öz növbəsində məxfi informasiyaların açıqlanması barədə ittihamları təkzib edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Gerbert Makmaster növbəti dəfə qeyd edib ki, dövlət başçısı görüşdə yolverilməz heç nə deməyib. Makmasterin sözlərinə görə, bu məsələni üfürərək şişirdiblər, o, mətbuata çıxıb və prezidenti kəşfiyyat xidmətinin mənbələri və metodları barədə məlumatları açıqlamaqda əsassız olaraq ittiham etməyə başlayıblar. Donald Trampın özü “Twitter” səhifəsində yazıb ki, Rusiya tərəfi ilə terrorizmə və uçuşların təhlükəsizliyinə aid faktları paylaşıb və buna tam hüququ var. CNBC telekanalının siyasi icmalçısı Ceyk Novak Tramp-Lavrov görüşü ətrafında baş verənləri “əsl informasiya bombası” adlandıraraq qeyd edir ki, qanuni seçilmiş prezidentə qarşı bu hücumlar dövlət çevrilişi cəhdini xatırladır. NBC News adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb ki, Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin “İŞİD” terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub.


“Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”

Telekanalın məlumatına görə, İsrailin gizli agenti “İŞİD”-in Amerikaya uçan sərnişin təyyarələrindən birini noutbuka quraşdırılmış partlayıcı qurğu vasitəsilə partlatmaq planı barədə məlumatı ABŞ-a ötürüb. Məlumata görə, aeroportlardakı yoxlama sistemləri bu cür partlayıcı qurğuları aşkarlamaq iqtidarında deyil. Telekanal məlumatın etibarlı mənbədən ötürüldüyünü qeyd edir. Belə ki, ABŞ Yaxın Şərq ölkələrindən ölkəyə uçan təyyarələrin göyərtəsinə noutbukların keçirilməsinə qadağa qoyub. Qadağanın tezliklə Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrə də şamil ediləcəyi gözlənilir. Bu addımlar terror təhlükəsinin aradan qaldırılmasının təmin olunması ilə əlaqələndirilir. Bu məsələyə Rusiya prezidenti Vladimir Putin də münasibət bildirib. Putin dünən İtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır. Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini yüksək qiymətləndirib. Trampın Lavrova gizli kəşfiyyat məlumatları ötürməsi iddialarına gəldikdə isə Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar". Qeyd edək ki, Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatı Komitəsində və Senatın Hüquq Komitəsində təmsil olunan bütün demokratlar prezident Donald Tramp, ədliyyə naziri Ceff Seşns və Ağ Evin bir qrup yüksək vəzifəli məmurları barəsində araşdırma aparılmasını tələb edirlər. “Hill” nəşrinin xəbərinə görə, hər iki komitənin rəhbərlərinin adına göndərilən məktub həmin komitələrin 33 demokrat üzvü tərəfindən imzalanıb. “New York Times” nəşrinin dərc etdiyi məlumatda bildirilir ki, Tramp Federal Təhqiqatlar Bürosunun eks-direktoru Ceyms Komidən prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini Maykl Flinn barəsində istintaqın dayandırılmasını xahiş edib. Ağ Ev bu məlumatı təkzib edib. Tramp Komini ötən həftə vəzifəsindən azad edib. Prezident qərarını onun səlahiyyətləri yerinə yetirə bilməməsi ilə əlaqələndirib. Komi Trampın əleyhinə yönələn "Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir. Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş oldu.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info