Polşa Avropa İttifaqına qarşı
Tarix: 18.05.2017 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Miqrant qəbulundan imtina edən Varşava: “Qaçqınların qəbuluna razılıq verilməsinin nəticələri sanksiyanın nəticəsindən daha pisdir”

“Qaçqın qəbulu Polşa üçün Avropa İttifaqının qadağalarından daha pisdir”. Bu bədbin məlumatı Polşanın daxili işlər naziri Mariuş Blaşak yerli radiolardan birinə verdiyi açıqlamada bildirib.
Qeyd edilməlidir ki, Polşa qaçqınların Avropa İttifaqı proqramı çərçivəsində öz ərazisində qəbulundan imtina edib. Ölkənin baş naziri Beata Şidlo bunu ölkəsinin rəsmi mövqeyi kimi də təqdim edib. Xatırladaq ki, miqrasiya üzrə Avropa komissarı Dimitris Avramopulo bildirib ki, qarşıdakı bir ay ərzində qaçqın qəbuluna başlamayacaqları təqdirdə, Avropa Komissiyası Polşa və Macarıstana sanksiya tətbiq edəcək. Polşanın daxili işlər naziri Blaşaka hesab edir ki, ölkəsinin qaçqınların qəbuluna razılıq verməsinin nəticələri sanksiyanın nəticəsindən daha pis ola bilər. Blaşak əmindir ki, miqrantlarla bağlı məsələnin Polşanın Qərb və Avropa ilə münasibətlərinə heç bir dəxli yoxdur: “Vaxtilə bu ölkələrin əksəriyyəti müstəmləkə sahibi olub. Onlar Afrika və Asiyanın təbii sərvətlərindən dəyərincə yararlanıblar. Bu gün isə törətdiklərinin hesabını Polşaya ödətməyə çalışırlar. Bu isə çox böyük riyakarlıqdır və biz buna qarşı durmağa çalışacağıq”. Blaşaka görə, köçürmə prinsipi münaqişə və qeyri-qanuni qaçqın axınının miqyasını daha da gücləndirir. Məhz elə buna görə də Polşa rəhbərliyi Avropa İttifaqını miqrantların yerləşdirilməsi ilə bağlı plandan imtina etməyə çağırır. Polşa prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Kşiştof Şerskiy də yerli radiolardan birinə verdiyi müsahibədə qeyd edib ki, Avropa İttifaqındakı tərəfdaşlarını miqrantların köçürülmə məsələsində ümumi razılığa gəlməyə inandırmağa çalışacaqlar: “Məcburi yerləşdirmə insan hüquqlarına ziddir”. Qeyd edək ki, Avropa İttifaqı tərəfindən qadağalarla təhdid edilən Polşa bu gün də öz milli valyutasından yararlanır, Polşanın baş naziri Beata Şidlo ölkəsinə qarşı səsləndirələn təhdidlərə rəğmən milli valyutalarını avroya dəyişmək niyyətində olmadıqlarını dilə gətirib: “Bu gün avrozona dərin böhran keçirir. Elə buna görə də problemli bir sahəyə daxil olmaq üçün heç bir səbəb görmürəm”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info