“Bu qərar Rusiyanın da dövlət maraqlarına vurulan zərbədir”
Tarix: 18.05.2017 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Azərbaycan cəmiyyətində narahatlıqla qarşılanıb. Ziyalılar, siyasətçilər, millət vəkilləri bu addımın arxasında antiazərbaycan qüvvələrinin dayandığını düşünürlər.
Siyasi ekspert Əli Orucov “Palitra”ya ÜAK-ın ləğvini şərh edərək deyib ki, bu addım iki ölkə arasında olan siyasi münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycanın daim qonşuları ilə əlaqələrə yüksək önəm verdiyini deyən Əli Orucov Rusiyada yaşayan çoxsaylı soydaşlarımızın da bu qərardan məyus olduqlarını dilə gətirib: “Ermənistan xaric bütün qonşu dövlətlərlə daim yüksək siyasi əlaqələr qurulmağa, dostluq münasibətlərinin saxlanmasına çalışmışıq. Amma Rusiyada belə bir qərarın verilməsi bu ölkədə Azərbaycanı sevməyən xeyli sayda siyasilərin olmasından xəbər verdi. Bu qərar erməni lobbisinin və Rusiya-Azərbaycan münasibətlərini qəbul edə bilməyən müəyyən dairələrin təxribatıdır. Təbii ki, Azərbaycan bu olaya reaksiya verəcək və düşünürəm ki, ÜAK-ın ləğvi Rusiya azərbaycanlıları ilə yanaşı bütün dünyada yaşayan soydaşlarımızın da narahatlığına səbəb olacaq. Azərbaycanda rus icması və Rusiya mədəniyyəti, dilinin təbliği ilə bağlı heç vaxt problem yaranmayıb. Hətta ağır dönəmlərdə-90-cı illərdə də belə problemlərin şahidi olmamışıq. İndi Rusiyada bizim böyük təşklata qarşı bu cür addımın atılması təəssüf doğurmaya bilməzdi”.
Politoloq Elxan Şahinoğlu isə deyir ki, ÜAK bərpa olunmasa, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa böyük təşkilatı olmalıdır: “Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb oldu. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspor təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar yer alırdılar. Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə birbaşa Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin iştirak ediblər. Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib.

“ÜAK-ın qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın maraqlarına vurulan zərbədir”
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahib Alıyev deyir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər: “Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, Azərbaycan-Rusiya əlaqələrinin elə bir mərhələsində olub ki, Azərbaycan-Rusiya əlaqələri bizim ölkəmiz müstəqillik əldə edəndən heç vaxt belə hamar müstəvidə olmayıb. Keşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu isə əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq - mehriban qonşuluq modeli dəstəkləndikdən sonra bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir”.
Tural Tağıyev
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info