“ÜAK-ın ləğvi Rusiyadakı ermənipərəst dairələrin məkrli fəaliyyətinin nəticəsidir”
Tarix: 18.05.2017 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Rusiya Ədliyyə Nazirliyinin vəsatəti ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması barədə qəbul edilən qərar ədalətsiz, qərəzlidir. Rusiyadakı Azərbaycan diasporuna belə qərəzli münasibət Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinə xələl gətirir”.
Bu fikirləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib. Elçin Əhmədov qeyd edib ki, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətlərə zərbə vurmaq planlarını reallaşdırmağa çalışırlar. ÜAK-ın ləğvi Rusiyadakı ermənipərəst dairələrin məkrli fəaliyyətinin nəticəsidir. Elçin Əhmədov deyib ki, ÜAK və onun üzvləri heç zaman Rusiya qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıblar: “İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat hər zaman millətlərarası münasibətlərin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışıb. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da intensivləşməsində maraqlı olub. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini deyib. Rusiya Prezidenti Vladimir Putin iki dövlət qarasındakı münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik olduğunu bildirib. Münasibətlərin xeyli şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf etdiyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu söyləyib. Bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info