Asiya İnkişaf Bankının hesabat təqdimatı
Tarix: 23.04.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi olub. Tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri cənab Olly Norojono və cənab Nail Vəliyevlə yanaşı bankın baş iqtisadçısı cənab David Oldfield də iştirak edib. Qafqaz Universitetindən isə tədbirdə təşkilatçı qismində Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti və eyni zamanda universitetin tələbələri iştirak ediblər. Tədbir öncə David Oldfieldin“Azərbaycan iqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər” mövzusudakı tədqimatı ilə başlayıb. Təqdimatda Oldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışıb, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd edib və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Daha sonra “Asiya İnkişaf Bankının 2013 hədəfləri ” mövzusunu tələbələrlə müzakirə edən Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri cənab Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırıb. Buna əlavə olaraq bankın iqtisadçısı cənab Vəliyev də öz növbəsində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan proqramlardan bəhs edib. O çıxışında bildirib ki, ötən illərdə olduğu kimi, bundan sonra da bank, Azərbaycan iqtisadiyyatının inkişafına layihə və programları ilə öz töhfələrini verəcək.
İLKIN






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info