“Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq edə bilərik”
Tarix: 18.05.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasına səfərimin çox məhsuldar keçdiyini düşünürəm. Muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Hesab edirəm ki, Macarıstan ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat və təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirə bilərik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski deyib.
Diplomat Naxçıvan Muxtar Respublikasına səfər təəssüratları barədə danışaraq deyib: “Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq məndə xoş təəssürat yaratdı. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Bu mənada, mən naxçıvanlılara həsəd aparıram”.
İmre Laslotski qeyd edib ki, bu gün Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. O, Macarıstan ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün çalışacağını bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info