Diaspor üzvü Kipr televiziyasında İslam Həmrəyliyi Oyunlarından danışıb
Tarix: 18.05.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Gənc TV kanalında  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qapadılması ilə bağlı CANLI YAYIM olub.
Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə, yüzdən artıq ölkədə yayımlanan, Şimali Kiprin “Gənc TV” kanalında, Doç. Dr. Güvən Arıqlının sunduğu, “Həftəyə Baxış” analtik proqramında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qapadılması ilə bağlı CANLI YAYIM olub.
AKDC-nin  mətbuat xıdmətindən verilən məlumata görə, sədri Orxan Həsənoğlu, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O televiziya izləyicilərinə bildirib ki: “Azərbaycan son illərdi sadəcə bu oyuna deyil, onlarca beynəlxalq səviyyəli yarış və beynəlxalq tədbirlərə uğurla imza atıb. Ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycana olan beynəlxalq etibarı və inamı artırıb”. 54 ölkədən, üç minə yaxın idmancının Azərbaycana gəlməsinin, heç də təsadüf olmadığına diqqət çəkən Həsənoğlu, bu kimi ali tədbirlərin davamlı olacağını bildirib.
Proqramda həmçinin, bir neçə gündür dünyanın müxtəlif ölkələrinə yaşayan soydaşlarımızın ciddi narahatçılığına səbəb olan, Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi müzakirə və kəskin tənqid olunub. AKDC Sədri bildirib ki, “bu gün Rusiyada yaşayan azərbaycanlıların sayı rəsmi olaraq 4 milyona çatır. Çox sayıda həmvətənlimizin səsi olan bir təşkilatın bağlanması, diplomatik və etik qaydalara da uyğun deyil”. O bildirib ki “Rusiya ilə strateji müttəfiq sayılan ölkəyik. Digər tərəfdən isə həmin ölkədə yaşayan soydaşlarımız, Rusiya vətəndaşıdır. Rusiya əslində öz vətəndaşlarının təmsil olunduğu bir kongresi bağlaması, həmin ölkə vətəndaşlarının hüquqlarının pozulması deməkdir”. Aparıcının Dağlıq Qarabağ problemi ilə bağlı suallarınıda cavablayan diaspora sədri bildirib ki, ölkə başçımız İlham Əliyevin bu məsələ ilə bağlı konkret siyasi iradəsi və xalqımızın öz prezidentinin yanında olması yaxın gələcəktə problemin obyektiv həllini surətləndirəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info