Yeni yaradılan iş yerlərinin 76%-i regionların payına düşür
Tarix: 18.05.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü ilin yanvarın 1-dən 2017-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 526200 olmaqla 430700 daimi iş yerləri yaradılıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin I rübü ərzində ölkədə 86400 yeni, o cümlədən 79600 daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5%-i qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 23,1%-i Bakı şəhərinin, 0,7%-i Naxçıvan Muxtar Respublikasının, 76,2%-i regionların, o cümlədən 25,7%-i Aran, 13,9%-i Lənkəran, 11,3%-i Gəncə-Qazax, 5,8%-i Dağlıq Şirvan, 5,7%-i Şəki-Zaqatala, 5,6%-i Abşeron, 4,7%-i Quba-Xaçmaz, 3,2%-i Yuxarı Qarabağ, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
 
Daimi iş yerlərinin 5,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 24,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 20%-i tikinti, 8,4%-i emal sənayesi, 6,6%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci ilin I rübü ərzində ölkədə 9100 iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,6%-i fərdi sahibkarlıq subyektlərinin, 5,6%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 30,8%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info