“Sosial xidmətlərin miqyası genişlənir”
Tarix: 18.05.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Sosial xidmət haqqında” qanunun icrası üzrə dinləmələr keçirilib. Komitə sədri Hadı Rəcəbli qanunun icrası barədə danışaraq bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq bir necə məsələni ortaya qoyub.
O qeyd edib ki, qanunda sosial işçi ilə sosial xidmətçilərin işinin ayrı olduğu qeyd olunub: “Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb, buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır: “Bu gün uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib.  Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı  12 mindən çoxdur”.
Dinləmələr ekspertlərin çıxışları ilə davam edib.
Tədbirdə “Sosial işçinin bir günü” adlı film də nümayiş olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info