ƏƏSMN-nin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və 47,8 min nəfərə yaxın şəxsi əhatə edib
Tarix: 18.05.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və gənclər üçün peşəyönümü tədbirləri cari ilin 4 ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.
Belə ki, bu ilin yanvar-aprel aylarında nazirlik tərəfindən 1 603 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1 547 nəfər və nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 56 nəfər) şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Kurslarda vətəndaşlara kompüter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, bərbər və s. peşələr öyrədilib. Kurslara cəlb edilənlərin 132 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Peşə hazırlığı və əlavə təhsil kurslarını başa vurduqdan sonra məzunlara peşə şəhadətnamələri verilib.
Qeyd olunan dövrdə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərinə isə əsasən yuxarı sinif şagirdlərindən ibarət 46 161 nəfər gənc cəlb edilib. Bir sıra hallarda valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində gənclərin düzgün peşə və ixtisas seçiminin onların gələcəkdə əmək bazarına inteqrasiyasında mühüm amillərdən olduğu vurğulanıb. Tədbirlərdə iştirakçılara əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info