Bolqarıstan mətbuatı IV İslam Həmrəyliyi Oyunlarından yazıb
Tarix: 18.05.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları Bolqarıstan mətbuatında geniş işıqlandırılır. Ölkənin “Novinite” xəbər portalı, “Diplomatic Spectrum” jurnalı, “Kircaali Haber” qəzeti və Bolqarıstan Baş Müftiliyinin internet səhifəsində Oyunlar barədə ingilis və bolqar dillərində məqalələr yayılıb.
Məqalələrdə Azərbaycanın “Həmrəylik gücümüzdür” şüarı altında keçirilən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi, möhtəşəm açılış mərasimi ilə Bakının dünyanı salamladığı qeyd olunur. İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü ilin iyulunda Ciddədə keçirilən Baş Assambleyasında Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbul edildiyi barədə məlumat verilir. Bildirilir ki, Oyunların təşkili və idarə edilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.
Məqalələrdə “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərinin sülh, birlik, hörmət və mükəmməllik olduğu bildirilir. Qeyd edilir ki, yarışlarda 4 qitənin 50-dən çox ölkəsindən olan idmançılar iştirak edirlər. Onlar 16 beynəlxalq standartlara cavab verən idman arenasında 20 idman növü üzrə qələbə uğrunda mübarizə aparırlar.
Bildirilir ki, Oyunların rəmzləri olan “İncə” və “Cəsur” Azərbaycanın milli xəzinəsi olan Qarabağ atlarıdır. İncə şəfqət və gözəlliyi, Cəsur isə igidliyi tərənnüm edir.
Məqalələrdə, həmçinin “Xəzərdən başlayan səyahət” proqramı barədə məlumat verilir. İslam Həmrəyliyi Oyunları 2015-ci il ildə ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunları ilə müqayisə edilərək bildirilir ki, Avropa Oyunlarında əsas element od idisə, İslam Həmrəyliyi Oyunlarının əsas elementi sudur. Əlavə olunur ki, bunun səbəblərindən biri suyun İslam inancına görə mühüm əhəmiyyət kəsb etməsi, onun paklıq və şəfa rəmzi olmasıdır. Su həm də Azərbaycan xalqının Novruzdan əvvəl qeyd etdiyi 4 ənənəvi elementdən biridir. Xəzərdən başlayan səyahət proqramına cari ilin aprelin 5-də Azərbaycan Prezidentinin iştirakı ilə start verildiyi diqqətə çatdırılır. Bu layihənin 37 gün ərzində ölkəmizin 15 məşhur şəhər və su bölgələrini əhatə etdiyi, layihə çərçivəsində hər regionda Su mərasiminin və Su festivallarının təşkil edildiyi vurğulanır.
Yazılarda IV İslam Həmrəyliyi Oyunlarının 58 ölkədə yayımlandığı bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info