Akademik Həsən Əliyevin kolleksiyasının təqdimatı keçirilib
Tarix: 18.05.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə əməkdar elm xadimi, akademik, dövlət mükafatı laureatı Həsən Əliyevin kolleksiyasının təqdimatı keçirildi.
Təqdimatı giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bu cür tədbirlərin MEK-də müntəzəm şəkildə keçirildiyini dedi. Onun sözlərinə keçirilən təqdimatlar kitabxanaya bağışlanan kolleksiyaların, ziyalıların əsərlərinin, fondlarda qorunan incilərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.
MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı, təqdimatçı Reyhan Məmmədova akademik Həsən Əliyevin həyat və yaradıcılığı barədə slayd vasitəsilə məlumat verərək, alimin Azərbaycan elmi üçün gördüyü işlər barədə geniş çıxış etdi. Akademikin yubileyi ərəfəsində şəxsi kitab kolleksiyasının Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilməsinin kitabxana üçün böyük töhfə olduğunu vurğuladı. Daha sonra Reyhan Məmmədova kolleksiya haqqında danışdı. Bildirdi ki, kolleksiya MEK-ə 21 oktyabr 2016-cı il tarixində AMEA Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilib. Kolleksiyaya 488 nüsxə ədəbiyyat daxildir. Bunlardan 410 nüsxə rus dilində, 73 nüsxə Azərbaycan dilində, 5 nüsxə isə xarici dildədir. Kolleksiyanın tərkibində müxtəlif elm sahələrinə aid kitablar vardır. Bunlardan fizika, biologiya, riyaziyyat, geologiya, coğrafiya və s. elm sahələrinə dair kitablardır. Kolleksiya həm elektron, həm də ənənəvi kataloqa daxil edilib, “Yer elmləri üzrə yardımçı fond”da yerləşdirilərək oxucuların istifadəsinə verilib.
AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tarixi bənzətmə edərək Həsən Əliyevin doğulduğu 1907-ci ilin ilk təbiətşünas alim Həsən bəy Zərdabinin vəfat etdiyi ilə təsadüf etdiyini vurğulayıb. Onun sözlərinə görə bir alimin həyatdan getməsindən sonra onun yerinə digər bir alim dünyaya gəlib ki, bu da Azərbaycan elmi üçün bir lütf olub. Həsən Əliyevin 86 il ləyaqətli ömür yaşadığını, şəxsi imkanlarından ancaq yeni alimlərin yetişməsində, yüksəlməsində istifadə etdiyini dedi. Alimi “elin oğlu” adlandıran R.Məmmədov vurğuladı ki, Həsən Əliyevin Azərbaycanda tanımadığı, gəzmədiyi bir qarış torpaq belə olmayıb: “O nəinki Azərbaycanı qarış-qarış gəzirdi, həm də o ərazilərdə insanlarla çox səmimi ünsiyyət qururdu”. Akademik bildirdi ki, ölkəmizdə elə bir yer yoxdur ki, orada insanların Həsən Əliyev barədə xatirələri olmasın. Çıxışçı, dünyada ilk dəfə olaraq iqlim dəyişikliyinin öyrənilməsi üçün dənizdə platfoma yaradılmasının Həsən Əliyevin təşəbbüsü olduğunu deyərək, onun fəaliyyəti dövründə Coğrafiya İnistitutunun intibah dövrü yaşadığını xüsusi vurğuladı. Akademik Ramiz Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbirlərin keçirildiyini açıqlayaraq MEK-in bugünkü təqdimatını da bu baxımdan yüksək dəyərləndirib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bu təqdimatların 2016-cı ilin mart ayından başlayaraq həftədə bir dəfə, son zamanlar isə bir neçə dəfə həyata keçirildiyini bildirdi. L.İmanova təqdimatların məqsədinin kitabxananın fondlarında mühafizə olunan materialları mümkün qədər geniş istifadəçi kütləsinə təqdim etmək, araşdırmaçıların ixtiyarına vermək olduğunu dedi. Qeyd etdi ki, əvvəllər bu təqdimatlar əsasən mənbələrin üzə çıxarılmasına xidmət edirdisə, son zamanlar haqqında söbhət açılan alimlərin, elm xadimlərinin şəxsi keyfiyyətlərinin geniş işıqlandırılmasına, ictimaiyyətin onları yaxından tanımasına səbəb olur. Təsəvvüründə alimin əlçatmaz bir şəxsiyyət olduğunu bildirən direktor çıxışlardan sonra Həsən Əliyevin böyük insani və şəxsi irs qoyub getdiyini dedi. Onun bütün tələbələrində, onunla çalışan həmkarlarında Həsən Əliyevin səpdiyi toxumların izi olduğunu dilə gətirdi. Tədbirdə iştirak edən gənclərin bu cür şəxsiyyətlərin həyat yolundan tərbiyə almasının vacibliyini qeyd etdi. L.İmanova Həsən Əliyevin kolleksiyasına daxil edilən materialların hamısının MEK-in layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini xüsusi vurğuladı. Materialların elektron kataloqda da əksini tapdığını deyən direktor, kataloqun beynəlxalq mübadiləyə hazır vəziyyətdə olduğunu bildirdi. O, bu mənbələrin xarici ölkələrdəki elektron kataloqlar ilə birləşdirilərək Həsən Əliyevlə bağlı materialların vahid bir sistemə salına biləcəyini dedi.
AMEA Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov akademik Həsən Əliyevlə 1978-ci ildən sonra, ekspedisiyada olarkən tanış olduqlarını və bir alim kimi ondan çox şey öyrəndiklərini dilə gətirdi. Vurğuladı ki, mütəxəssis kimi yetişmələrində Həsən Əliyevin xüsusi rolu var.
BDU Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov ali təhsil aldığı dövrlərdə alimi tanıdığını deyərək, onun xeyirxahlıqlarını dilə gətirdi. Çıxışçı, Həsən Əliyevə həsr etdi “Xeyirxahlıq çövhəri” adlı məqaləsi barədə danışdı.
BDU-nun professorları Yaqub Qəribov, Şövqü Göyçaylı, Tapdıq Həsənov, AMEA Coğrafiya İnstitutunun əməkdaşları Habil Haqverdiyev, Zahid Əhmədov, İsmayıl Quliyev alimin vətənpərvərliyindən, azərbaycanlı gəncləri Coğrafiya İnstitutunda elmi fəaliyyətə cəlb etməsindən, Bakı Dövlət Unversitetində SSRİ-də dördüncü təbiətşünaslıq kafedrasını yaratmasından, Azərbaycan elminə və ictimaiyyətinə misilsiz xidmətlərindən danışdılar. Əməkdar artist, AzTV-nin əməkdaşı Dilarə Səlim MEK-ın ənənəvi təqdimatlar təşəbbüsünü yüksək qiymətləndirərək, şəxsiyyətlərin insani keyfiyyətlərinin ortaya çıxarılmasında bunun gözəl bir addım olduğunu, Həsən Əliyevi bu təqdimat vasitəsilə daha yaxşı tanıdığını dilə gətirdi.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info