ADPU ilə Səlcuq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Tarix: 18.05.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və həmin universitetin Ədəbiyyat fakültəsinin Tarix bölməsinin rəhbəri, professor Alaattin Aköz ilə görüşüb.  Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Əliyeva iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, 1921-ci ildə yaranan ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olub. Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan ADPU yaxın gələcəkdə 100 illik yubileyini qeyd edəcəkdir. Son illər ölkəmizdə dövlət səviyyəsində müəllim hazırlığının səviyyəsinin yüksəldilməsi və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün həyata keçirilən tədbirlərdən danışan rektor qeyd edib ki, Prezident İlham Əliyevin 26 noyabr 2015-cil tarixli sərəncamı ilə Azərbaycan Müəllim İnstitutu (AMİ) filialları ilə birlikdə ADPU-ya qoşulub. Hazırda ADPU-nun 5 filialı var. ADPU-da 8 fakültə, 39 kafedra fəaliyyət göstərir. Universitetdə 20 minə yaxın tələbə təhsil alır. Tədris 4 korpusda aparılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilindən Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi kimi müəyyənləşib. Hazırda ADPU-da alternativ əsaslarla bir neçə mərhələdən ibarət olmaqla, professor-müəllim heyətinin müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində məqsəd ADPU-da tədris prosesinin təkmilləşdirilməsi, yüksək elmi biliyə malik mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün yoxlama keçirilib, hazırda isə onların attestasiyası aparılır.
Rektor Cəfər Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Hazırda Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu oyunlar islam ölkələrinin həmrəyliyinin güclənməsinə böyük töhfələr verəcək.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi və mehriban münasibətə görə ADPU-nun rektoruna təşəkkür edərək universitet barədə məlumat verib. Bildirib ki, Səlcuq Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 23 fakültəsi, 95 min tələbəsi var. Türkiyənin ən böyük universitetlərindən biri olan Səlcuq Universitetinin hər il 22 min məzunu olur, bu məzunlar dövlət və özəl sektorda uğurla çalışırlar. Universitet Səlcuq dövlətinin mədəni mirasını yaşadır.
Görüşdə ADPU ilə Səlcuq Universiteti arasında Anlaşma Memorandumu və Mövlana protokolu imzalanıb. Qeyd edək ki, Anlaşma Memorandumunda universitetlərin fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi və digər vacib məqamlar nəzərdə tutulub. Mövlana protokolunda isə iki universitet arasında müəllim-tələbə mübadiləsi nəzərdə tutulur.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumunun və Mövlana protokolunun imzalanmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər. Görüşdə rektorlar təmsil etdikləri universitetlərlə bağlı hədiyyələri təqdim ediblər. Sonra rektor Cəfər Cəfərov professor Mustafa Şahini universitetin binası, Heydər Əliyev Muzeyi, Heydər Əliyev məktəbinin lektoriyası, tədris auditoriyaları, kitabxanası, oxu, idman və akt zalları ilə tanış edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info