Afrikadakı əhali artımı ciddi problemlər yaradacaq
Tarix: 18.05.2017 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Ötən əsrin 60-cı illərində bu qitədə 280 milyon nəfər əhali yaşayırdısa, bu gün bu rəqəm 1.2 milyarda çatıb

Bəzən demoqraflar da öz proqnozlarında yanlışlıqlara yol verirlər. Sübut kimi, bəzi demoqrafların Afrikada doğum səviyyəsinin azalacağı barədə dediklərinin özünü doğrutmamasıdır. Afrika qitəsi ilə bağlı reallıq isə göz önündədir. Bu gün qara qitədə əhali artımı çox yüksək səviyyədə artmaqda davam edir.
Müqayisə üçün bildirək ki, əgər ötən əsrin 60-cı illərində bu qitədə 280 milyon nəfər əhali yaşayırdısa, bu gün bu rəqəm 1.2 milyard göstərilir (“İnosmi.ru”). Maraqlı nüans isə bu əhalinin təqribən milyard nəfərinin Saxaradan cənubda dünyaya gəlməsidir. Birləşmiş Millətlər Təşkilatının rəsmi hesablamalarına görə, 2050-ci ilə qədər qitə əhalisinin sayının artaraq 2.5, əsrin sonuna qədər isə 4.4 milyard olacağı ehtimal edilir. Bu , Yer planetinin 1980-ci ildəki əhalisinin sayından da çoxdur.
Qeyd edək ki, siyasi şərhçilər qitədəki insan artımının ərazidə aclıq, su çatışmamazlığı, etnik münaqişə və miqrasiyalara geniş təkan verəcəyini iddia etməkdədirlər. Təbii, bu da başa düşüləndir: bir müddət bundan əvvəl qitədəki ağır həyat tərzi və yaşantıları müstəmləkəçilik, Qərbin yeritdiyi siyasət və habelə ,
yerli elitanın öz xalqına qarşı korrupsiyası ilə əlaqələndirirdilərsə, bu gün burada əsas demoqrafik faktorun rolu önə çəkilir.

Maraqlıdır ki, artımın sabitləşməsi istiqamətində qlobal tendensiyaya baxmayaraq, Afrika qitəsində doğumun səviyyəsi hələ də artmaqda davam edir. Bu gün Nigeriyada hər bir qadına orta hesabla 5.6 uşaq düşür. Vətəndaş müharibəsinin tüğyan etdiyi Somalidə isə bu göstərici 6,4 uşaq təşkil edir. Xatırladaq ki, qitədəki artıma təkan verən başqa səbələr də var. Belə ki, müasir tibbdəki inkişaf bu ərazilərdə körpə ölümünün nisbətini dəyişsə də, qitədə hələ də qadınlara «doğum maşını» kimi baxmaqdadırlar. Avropa ailələrindən fərqli olaraq, bu qitədəki əksər ailələrdə planlaşdırma, dünyaya neçə övlad gətirilməsi barədə qarşılıqlı razılıq əldə edilmir.
Başqa bir maraqlı nüans isə Afrika qitəsindəki gənc əhalinin eksponensial artımı ilə bağlıdır. Məsələn bu gün Avstriyada əhalinin orta yaşı 41 ilə göstərilirsə, Afrika və Yaxın Şərqdə bu yaş həddi 15-20 il göstərilir. Başaq bir üzücü nüans isə qitədəki məşğulluq perspektivləri ilə bağlıdır. Heç bir məşğulluq perspektivləri olmayan gənclər daha çox zorakılıq və ekstremizmə meyil edirlər. Gənclər üçün başqa bir asan yol isə miqrasiyadır.

Birləşmiş Millətlər Təşkilatının rəsmi hesablamalarına görə, 2050-ci ilə qədər qitə əhalisinin sayının artaraq 2.5, əsrin sonuna qədər isə 4.4 milyard olacağı ehtimal edilir. Bu , Yer planetinin 1980-ci ildəki əhalisinin sayından da çoxdur.

Nəticədə isə qocalmaqda olan uşaqsız Avropaya üz tutan afrikalı gənclər bu ərazilərdə qaçqın problemi yaradırlar.
Qeyd edilməlidir ki, Afrikadakı əhali artımı qitədə dini və mili münaqişələrə də geniş vüsət verməkdədir. Bu gün Ruanda və Sudanın Darfur bölgəsindəki münaqişə səngimək bilmir. Bu gün avropalı siyasətçilər də Afrika və Yaxın Şərqin demoqrafik tmüqavimətindən ehtiyatlanmağa başlayıblar. Hələ iki il əvvəl-2015-ci ildə yarım milyondan çox qaçqın qəbul edən Avropanın əndişəsi bu gün də davam etməkdədir. Onlar bunun qarşısına sipər çəkmək üçün müxtəlif variantlar üzərində işləməkdədirlər. Əgər dünənə qədər Qərb ölkələrinin Afrika qitəsinə humanitar yardım təchizatı layihələri məhdud xarakter daşıyırdısa, bu gün avropalı başbilənlər bu qitədə «Çin yolu»nun təşəbbüskarı kimi çıxış edirlər. Xatırladaq ki, Çində uşaq doğumuna qoyulan məhdudiyyət bu gün də davam etməkdədir. Bundan əlavə, siyasətçilər Afrikada doğumun qarşısını almaq üçün yerli qadınların rolunun artırılmasını, onların maarifləndirilərək, ailə planlaşdırılmasının həyata keçirmyi onlara həvalə etməyi təklif edirlər. Lakin etiraf edilməlidir ki, bu, yaxın vaxtda həll oluna biləsi məsələ olmamaqla yanaşı, vəziyyəti də dəyişməyəcək. Qitədə isə problem kifayət qədər ciddi vəziyyət almaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info