BANM-in tələbələri “Microsoft Imagine Cup” turnirində
Tarix: 18.05.2017 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) «Neftçi» adlı tələbə komandası “Microsoft Imagine Cup 2017” beynəlxalq texnologiya müsabiqəsinin növbəti mərhələsinə qatılıblar. Müsabiqə 17- 19 may 2017 tarixində Kiyevdə (Ukrayna) keçirilir. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqədə iştirak etmək üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi. BANM-in tələbələri JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar. “Neftçi” komandasının üzvü olan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun sözlərinə görə, innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar.
“Gündəlik həyatımızda müxtəlif ictimai yerlərdə, ticarət mərkəzlərində və s. oluruq, lakin orada çalınan musiqilərə dəyişiklik etmək imkanımız olmur. JABDA-ın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırkı musiqi siyahısına sala və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər”,- deyə Şamil Ömərov bildirdi.
Qeyd edək ki, müsabiqədə “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova “Microsoft Imagine Cup 2017” Milli Final mərhələsində birinci yerin qalibi olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info